
TAKTİKA[yun. taktike] 1. Döyüşə hazırlıq və döyüşü aparmaq üsulları haqqında nəzəriyyə və praktika; döyüş vaxtı qoşun hissələrini idarəetmə üsulu. [Cavad] ..siyasi rəhbərlə birlikdə ocaq ətrafında toplanan döyüşçülərlə düşmənin taktikasını müzakirə etdi. Ə.Vəliyev.
məc. İctimai, siyasi mübarizə aparma üsul və qaydaları. Terror taktikası. // İdmanda, idman oyunlarında tətbiq edilən üsul və qaydalar. Şahmat taktikası. məc. Bir şeyi əldə etmək üçün istifadə edilən yollar və üsullar; birisinin götürdüyü hərəkət xətti. Haşımov taktikanı dəyişdi. R.Rza. Paylaşın - Hamı bilsin
|