İzahlı lüğət

TALAQ

is. [ər.] köhn. 1. Boşama, boşanma, nikahı ləğv etmə. Məşədi Qulamın talaq məsələsini aralığa qoymaması və hətta o barədə eşitmək belə istəməməsi Cavahirin ərdən çıxmasını daha artıq çətinləşdirirdi. T.Ş.Simurq. □ Talaq (talaqını) almaq boşanmaq, çıxmaq, ayrılmaq. [Kərbəlayı Qubad:] Bəli, bu gün səndən talaq alacaqdır. Ü.Hacıbəyov. Talaq (talaqını) vermək boşamaq, çıxarmaq. [Nəbi:] Elə sən, gəl, hacı, bu qızın talaqını ver. Ə.Haqverdiyev. [Minnət xanım:] Bu saat mənim talaqımı ver. Ü.Hacıbəyov.
2. Kəbin kəsilərkən kişinin arvada verdiyi kəbin kağızınla qeyd edilən miqdarda məbləğ (pul). Arvad bədbəxt olub atası evində qalardı. Atası da axund otağında, divanxanalarda kəbin və talaq davası edərdi. H.Sarabski.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

TAT

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed