İzahlı lüğət

TAQƏT

is. [ər.] Güc, qüvvət. Ustanın dili daha söz tutmurdu, ayaq üstə durmağa taqəti yox idi. Çəmənzəminli. Qışın taqəti yoxdur; Döyüşməyə baharla. R.Rza. □ Taqət qalmamaq - bax taqətdən düşmək. Artıq [Qurbanın] dizlərində taqət, vücudunda qüvvət qalmamışdı. A.Şaiq. [Səriyyə:] Mənim dəxi səbir etməyə taqətim qalmadı. C.Cabbarlı. Taqətdən düşmək - gücdən düşmək, daha taqəti qalmamaq, üzülmək. Qəribin getməsindən düz altı ay yarım keçmişdi, Qəribin anası da taqətdən düşmüşdü. “Aşıq Qərib” . [Sevinc:] Az qala taqətdən düşüb yolda qalmışdı. Z.Xəlil. Taqətdən salmaq - əldən salmaq, üzmək. Saldı məni taqətdən ol afəti-dövranım. Heyran xanım. Aclıq, zəiflik bir tərəfdən, yorğunluq və qorxu digər tərəfdən zavallı uşağı taqətdən salmışdı. S.S.Axundov. Taqəti kəsilmək - bax taqətdən düşmək. [Səriyyə:] Ah, Rüstəm, ürəyim çatlayır! Taqətim kəsilir! C.Cabbarlı. [Yaşlı kişi:] Taqətim tamamilə kəsildiyi üçün paltarımı soyunmadan yatağa sərildim. S.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed