İzahlı lüğət

TAQIM

is. köhn. 1. Bax vzvod. Uzunboylu, sarıbənizli, alagözlü taqım komandiri taqımı fişənglə təchiz edirdi. H.Nəzərli. Hacıyev taqım komandiri idi. Neçə aydı ki, taqımı ilə məşğul olur, onu öyrədir, döyüşə hazırlayır. Ə.Əbülhəsən.
Bax komplekt.Xəlilin qoltuğunda bir bağlı yataq taqımı və Əhmədin əllərində bişmiş, polis dairəsinə girdilər. Çəmənzəminli.
“Bir” sözü ilə: bir taqım - 1) bir yığın, bir dəstə. [Yaşlı kişi:] Şəhərin bir mənzilliyində mənimlə birlikdə gələn bir neçə zəvvarı bir taqım adamlar qarşıladılar. S.Hüseyn;
bir miqdar, bir qədər, bir sıra, cürbəcür, dürlü-dürlü. Hər zaman Zeynal [Mehribanı] bir taqım quru və boş vədlərlə dolandırırdı.
S. Hüseyn. Fəqət işin çoxluğundan bədii ədəbiyyata istədiyim qədər vaxt sərf edə bilmədiyimə görə, bir taqım yazılarımın hələ indi də natamam qalmasına təəssüf edirəm.
T. Ş.Simurq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed