
TƏK-TƏKsif. və zərf 1. Birbəbir, bir-bir, ayrı-ayrılıqda. Mirqasım mollaların bəzilərinə tək-tək salam verməyə başladı. S.Rəhman.
Hərdənbir, arabir, bəzən, nadir. Məni də yorduqca arabir şəhər; Muğanın seyrinə çıxıram tək-tək. S.Vurğun. [Coğrafiya müəllimi] ancaq tək-tək hallarda gimnazistlərə yüksək qiymət verərdi. Q.Ilkin. Birgə deyil, ayrı-ayrılıqda bir-bir, ayrıayrı. Hamı tək-tək gəlib Cəfərqulu ilə əl-ələ görüşdü. Qantəmir. Bu quşlar çox vaxt təktək, bəzən də cüt-cüt gəzər, ..yalnız düz üstlərinə çıxdıqda havaya qalxarlar. M.Rzaquluzadə. Adda-budda, bir-birindən aralı. Ötədəbəridə tək-tək ulduzlar fərq edilirdi. S.Hüseyn. Külək ağacları gətirir dilə; Fənərlər alışır yollarda tək-tək. H.Hüseynzadə. Paylaşın - Hamı bilsin
|