İzahlı lüğət

TƏKRAR

is. [ər.] Bir işi bir daha, yenidən görmə, bir neçə dəfə etmə; bir sözü bir daha, yenidən söyləmə. Məqalədə təkrar çoxdur. - [Şeyx Sənan:] İbn Məryəm asıldı darə, fəqət; Onu təkrarə varmıdır hacət? H.Cavid. Yəqin ki, təbiət də sənət kimi təkrarı sevmir. M.Rzaquluzadə. // Zərf mənasında. Kazım əllərini təkrar döşünə qoyub baş əydi, sonra dizi üstə döşəkçəsinin üstündə oturdu. Çəmənzəminli. Mehriban təkrar hirsləndi. S.Hüseyn. □ Təkrar etmək - bax təkrarlamaq. Eldar qayıdıb gəldikdə Daşdəmir əminin sözlərini təkrar etdi. M.Rzaquluzadə. Ləmanın Seymur haqqında dediklərini o da eynilə anası üçün təkrar edirdi. H.Seyidbəyli; // dərsi və ya başqa bir şeyi daha dərindən mənimsəmək üçün təkrarən oxumaq. Məsələni təkrar həll etmək. - [Nuriyyə:] Keçdiyimiz bütün riyaziyyat düsturlarını, qaydalarını bir də təkrar etdim. İ.Əfəndiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

TAB

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed