
TƏKZİBis. [ər.] Bir məlumatın, xəbərin, şayiənin və s.-nin yalan olduğunu məlumat, çıxış, məqalə və s. ilə sübut etmə; yalanlama. □ Təkzib etmək - yalan olduğunu, doğru olmadığını sübut etmək, elan etmək, bildirmək. Mərdan bir söz deməyə cəsarət etmədi, gəlinin halət və hərəkəti qayınananın iftirasını təkzib edirdi. Çəmənzəminli.
Paylaşın - Hamı bilsin
|