İzahlı lüğət

TƏPİK

is. Ayaqla vurulan zərbə. Telli bütün acığını [pişikdən] çıxarmaq istəyirdi. Ayağilə ona bir təpik ilişdirdi. S.Hüseyn. // Şıllaq. □ Təpik atmaq - ayağı ilə vurmaq, vurmaq üçün ayağını, ya ayaqlarını işə salmaq (at və s. heyvanlar haqqında). [Nabat:] ..Gülsüm bacı, hərdənbir o düyəyə də baxarsan, Allah vurmuş dəlidir, təpik atıb südü dağıdar, arvadı vurar, yıxar. C.Cabbarlı. Təpiyə qalxmaq hər iki ayağı ilə təpik vurmaq, təpikləmək, təpik atmaq. [Gülo:] Yaman dəymişi gözlə, yoxsa bu da vəlləyib dərzi dağıdacaq, - dedi və özünü təpiyə qalxan ala cöngəyə tərəf tulladı. S.Rəhimov.
□□ Təpik-təpiyə vermək (gəlmək) - təpikləşmək, yola getməmək. [Qurban Telliyə:] Zarafat deyil, o böyük alim Mudrova zidd gedirik. Akademiklə təpik-təpiyə vermişik! Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed