İzahlı lüğət

TƏQİB

is. [ər.] 1. İzinə düşmə, ardınca getmə, addımbaaddım dalına düşmə, izləmə. Maral başını aşağı salıb ağac gövdəsinə söykənmiş, elə bil məruz qaldığı təqiblərdən yorulub indi dərin fikrə getmişdi. Ə.Məmmədxanlı.
2. məc. Narahat etmə, əziyyət vermə, təngə gətirmə. İki ay əvvəl [Surxay] təqibdən qaçıb kəndə gəlmişdi. Ə.Vəliyev. // Sıxışdırma, zülm etmə. Təzyiq və təqiblərə baxmayaraq, Bakı fəhlələri gizlində üsyana hazırlaşırdılar. Q.İlkin.
□□ Təqib etmək - 1) tutmaq, ələ keçirmək, göz qoymaq və s. məqsədlə birinin izini tutub dalınca getmək; izləmək. Ovu təqib etmək. - Bölük, qaçan düşməni təqib etməkdə idi. H.Nəzərli; 2) ardınca getmək, dalınca getmək, müşayiət etmək. Zeynal matəm alayını təqib edənlərə məxsus məyus addımlar ilə sahil boyu ilə evə qayıdırdı. S.Hüseyn; 3) məc. bir-birinin ardınca gəlmək, bir-birini izləmək. Hadisələr bir-birini təqib edirdi. S.Hüseyn. ..Bir-birini təqib edən dəhşətli gurultular dağlarda əks-səda verə-verə uzaqlara yayıldı. B.Bayramov; // ardınca gəlmək, dalınca gəlmək. Qışı bahar təqib edər. - Hər vüsalı daima təqib edər bir ayrılıq. H.Cavid; 4) məc. sakitlik verməmək, narahat etmək, əziyyət vermək. Fikir onu daim təqib edirdi. .İ'Əkinçi” qəzeti üçün Zərdabini hər yerdə, hətta öz evində belə təqib edirdilər. C.Cəfərov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed