
TƏQLİDis. [ər.] 1. Başqasının hərəkətini, danışıq tərzini və s.-ni eynilə təkrar etmə, özünü ona oxşatmağa çalışma; yamsılama. Təqlid etmək - başqasının hərəkətlərini, danışıq tərzini və s. xüsusiyyətlərini təkrar etmək, özünü ona oxşatmağa çalışmaq, yamsılamaq. Marat danışanda açıqdan-açığa Tərlanı təqlid edirdi, bəzi sözləri onun kimi cəld və kəskin deməyə xüsusi fikir verirdi. M.Hüseyn. 3-4-cü sinfin uşaqları ilyas müəllimin dərsini vaxtında öyrənir, sözünə qulaq asır, hərəkətini təqlid edirdilər. Mir Cəlal. Təqlidini çıxarmaq - gülmək üçün başqasını yamsılamaq. Əyyar Bəhramın iki şir arasından tacı götürüb başına qoyduğunun təqlidini çıxarır. A.Şaiq. [Nəbi:] Biz, ağaların qumar oynamalarının təqlidini çıxardırıq. S.S.Axundov.
2. Başqa əsərə bənzədilərək yaradılan əsər; oxşatma, bənzətmə. Əsər orijinal əsər deyil, təqliddir. Paylaşın - Hamı bilsin
|