İzahlı lüğət

TƏR1

is. 1. Xüsusi dərialtı vəzilərin ifraz etdiyi şəffaf maye. Maşında oturanların alnından tər süzülürdü. M.Ibrahimov. Arvad kişinin alnının dərin qırışlarına dolmuş soyuq təri sildi. B.Bayramov. □ Tər aparmaq (basmaq) - çox işləməkdən və ya istidən çox tərləmək. Bir anda Nisa xalanı tər apardı. Mir Cəlal. Tər vəzisi anat. - tər ifraz edən dərialtı vəzi.
2. Daha yüksək temperaturu olan hava mühiti ilə təmas etdikdə əşyaların üzərində əmələ gələn yaşlıq.
□□ Tər tökmək məc. - 1) bir şeyi əldə etmək üçün çox çalışmaq, çapalamaq, çox əlləşmək, çox zəhmət çəkmək; 2) məc. xəcalət çəkmək, utanmaq. Ona fikir verin, danışdıqca biz; Tər tökür, sıxılır, utanır hər an. B.Vahabzadə. Alın təri - bax alın. Alın təri ilə qazanmaq - bax alın. Alın təri tökmək - bax alın.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

TE

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed