
TƏR2sif. və zərf Hələ solmamış, təzə, təravətli (gül, göyərti və s. haqqında). Tər göy soğan. Tər bənövşə. Tər xiyar. - Aylı gecə, çay kənarı, suların səsi; Ürəyimin məhəbbəti tər çiçəyimdir. N.Xəzri. // məc. Cavan, təravətli. Hər bir şeyə həyat verən, hər bir şeyi tər və təzə qılan məhəbbətdir! F.Köçərli. [Nisə xalanın] yaşı əllidən keçdiyi halda, necə olub da onun belə diri və tər qaldığına ilk görüşdə təəccüb edirdim. Qantəmir.
Paylaşın - Hamı bilsin
|