İzahlı lüğət

TƏŞƏBBÜS

is. [ər.] 1. Bir işə başlama, iqdam etmə. Rzaquluxan hansı təşəbbüsə başladısa da, yarımçıq qaldı. M.S.Ordubadi. [Mürşüd:] Özün də bilirsən ki, bu iş bizim təşəbbüsümüzdür. S.Rəhman. □ Təşəbbüs qaldırmaq - yeni təşəbbüs irəli sürmək, qarşısına yeni məqsəd qoymaq. [Qərənfil:] İnişil təşəbbüs qaldırdınız ki, hamam tikək, hələ hörgüsü bir arşın qalxmayıb. İ.Əfəndiyev. // Hər hansı bir işdə rəhbər rol, birincilik, başçılıq. Təşəbbüsü əldən verməmək. Rəqib komandanın təşəbbusü.
2. Təşəbbüskarlıq; müstəqil, fəal hərəkət etmək qabiliyyəti. [Firəngiz Cəbrayıla:] Mən səndə hələ cəsarətli bir ..təşəbbüs görməmişəm. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed