İzahlı lüğət

TƏŞƏKKÜR

is. [ər.] Edilən yaxşılığa, göstərilən diqqətə görə razılıq, minnətdarlıq. Ata Gülyazın əlini tutub təşəkkürünü bildirmək üçün sıxdı. Q.İlkin. Aydın təşəkkür dolu nəzərlə qıza baxdı. H.Seyidbəyli. // Bu hissi ifadə edən, minnətdarlıq bildirən (söz, məktub və s.). Təşəkkür məktubu. - Adam bunları Abbasqulu ağaya söylərkən bu cür mühüm bir xəbərdarlıq üçün ondan təşəkkür gözləmir. Ə.Sadıq. □ Təşəkkür etmək - təşəkkür ifadə edən sözlər söyləmək, öz razılığını, minnətdarlığını bildirmək; minnətdarlıq etmək. Bayram yalnız təşəkkür eləmirdi. Bayram and içirdi. M.Hüseyn. // Birisinin zəhmətinə verilən rəsmi müsbət qiymət. Əmrlə təşəkkür elan etmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed