İzahlı lüğət

TƏŞƏXXÜS

[ər.] is. 1. Lovğalıq, təkəbbür; özünü çəkmə, iddia satma. [Nökər] ancaq təşəxxüs üçün, kim bilsin, hansı yaralının köhnə paltarını geyinibdir. S.M.Qənizadə. Ancaq gənclik təşəxxüsü, lovğalıq [Polada] mane olur. Ə.Vəliyev. □ Təşəxxüs etmək - lovğalanmaq. [Aşıq Vəli:] Qohum-əqrəbasına, yalı artanda, təşəxxüs edənə lənət! N.Vəzirov.
2. Təşəxxüslə şəklində zərf. lovğalanaraq, lovğalıqla, lovğalana-lovğalana, lovğa-lovğa. Xülasə, çox təşəxxüslə bəy paşpurtunu verdim mehmanxana nökərinə apardı. Ə.Haqverdiyev. Məni görən kimi yerindən qalxdı; Hərif təşəxxüslə baxdı, nə baxdı! S.Vurğun.
□□ Təşəxxüs satmaq - lovğalanmaq, təşəxxüslənmək. İndi qələmnən təşəxxüs satmaq vaxtı deyil! C.Məmmədquluzadə. [Əhməd] ..əgər Nabat xala təşəxxüs satıb, çox iddia edərsə, nişanlısından da əl çəkə bilməsini mümkün görürdü. B.Talıblı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed