İzahlı lüğət

TƏŞKİL

is. [ər.] 1. Düzəldilmə, təsis olunma, əsası qoyulma; düzəltmə, təsis etmə, əsasını qoyma. Yeni nazirliyin təşkili. □ Təşkil etmək - 1) düzəltmək, təsis etmək, əsasını qoymaq, yaratmaq. İdman cəmiyyəti təşkil etmək. Yeni şöbə təşkil etmək; 2) qaydaya salmaq, planlı surətdə həyata keçirmək. Əməyi elmi əsaslarla təşkil etmək. - Rüstəm kənd təsərrüfatını yeni qayda ilə təşkil etmək işini bugünkü məruzədən öyrənmiş olduğundan dedikcə məmnun idi. T.Ş.Simurq; 3) əmələ gətirmək, meydana gətirmək, ibarət olmaq.
2. Bir şeyin quruluşu. Sexin təşkilində dəyişiklik etmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed