
TƏŞKİLATis. [ər. “təşkil” söz. cəmi] İctimai birləşmə və ya dövlət idarəsi. Birləşmiş Millətlər Təşkilatı. Ticarət təşkilatları. - [Eyvaz:] Qərarı heç bir təşkilat çıxarmamışdır. Cabbarlı. Rüstəm kişi rayonun rəhbər təşkilatları ilə mübahisə etməyi lazım bilmədi. M.İbrahimov.
Paylaşın - Hamı bilsin
|