İzahlı lüğət

TƏSKİNLİK

is. Sakitlik tapma, rahatlıq tapma, təsəlli tapma, aram tapma; sakitlik, rahatlıq, təsəlli. Sevgilin həsrətlə baxır üzünə; Səndən söz istəyir, təskinlik umur. N.Xəzri. □ Təskinlik tapmaq - sakit olmaq, rahat olmaq, təsəlli tapmaq, sakitləşmək, aram tapmaq. [Kərbəlayı:] Nə edim? Allah məni fəqir yaradıb, - sözləri ilə təskinlik tapırdı. Çəmənzəminli. ..Züleyxa heç bir şeylə təskinlik tapmırdı. S.Vəliyev. Təskinlik vermək - sakit etmək, təsəlli vermək. [Sərdarlı] gözləri ilə qızına sanki təskinlik verirdi. Q.İlkin. [Bəhlul:] Psixologiya elminin köməkliyi ilə özümə təskinlik verirdim. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed