İzahlı lüğət

TƏSLİM

is. [ər.] 1. Bir şeyi lazımi yerinə və ya şəxsə vermə, tapşırma. □ Təslim etmək - lazımi yerinə və ya şəxsə vermək. [Zeynalın] əlindəki kitabları tərcümə edib təslim etməyincə yeni kitab götürməyə də imkanı yoxdu. S.Hüseyn. [İnsan] axırda bütün ömrü boyu qazandıqlarını təslim etməli, qoyub getməli olur. Mir Cəlal. Müharibədə, mübarizədə öz məğlubiyyətini etiraf edərək müqaviməti dayandırma. □ Təslim olmaq - müqavimətdən ümidini kəsərək hərbi əməliyyatı dayandırmaq, düşmənin irəli sürdüyü şərtlər əsasında ona tabe olmaq, silahı yerə qoymaq. Düşmən ordusu təslim oldu. Qaçaqlar təslim oldular. - Lakin Qara Məlik təslim olmadı. M.S.Ordubadi. Yolunu kəssə də ölüm anbaan; Təslim olmayacaq bizim qəhrəman. M.Rahim; // mübahisədə, yarışda, güləşdə və s.-də müqavimətini dayandırmaq.
Güzəştə getmək, razı olmaq, öz dediyində, tələbində daha israr etməmək. Əvvəlcə deyilənlərə razı olmadı, sonra təslim oldu. Fazilov jurnalı pəncərəyə qoyub əllərini göyə qaldırdı: - Almaz xanım, mən təslim! Mir Cəlal.
məc. Tabe olma, ram olma. □ Təslim olmaq - 1) tabe olmaq, ram olmaq. Təslim olmuş dalğalar; Polad adacıqların; Ayağını yaladı. İ.Səfərli; 2) Çətinliklər qarşısında geri çəkilmək, tamahını saxlaya bilməmək. Qəhrəman bir an da olsun çətinlik və maneələr qarşısında təslim olmamalıdır.
□□ Canım (ruhunu) təslim etmək - bax can.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed