İzahlı lüğət

TƏŞNƏ

is. və sif. [fars.] klas. 1. Susamış, susuzluqdan yanan, susuz. Bir təşnə qaynayan bulaq görüncə; İtirər özünü mənim də könlüm. M.Müşfiq.
2. məc. Bir şeyin çox həvəskarı olan (adam); bir şeyin həsrətini çəkən (adam). Əsrlər uzunu elm və ürfana yaxın buraxılmayan qadınlar təşnə adam kimi susuzluqlarını söndürməyə nail olmuşlardı. T.Ş.Simurq. Az bir zamanda yüz minlərlə insanların milli azadlıq hərəkatına qoşulması.. azadlıq idealının təşnəsi olduğunu meydana çıxartdı. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

TAL

......