
UC-BUCAQis. Kənar, son hədd, həddhüdud. Bu bizimçün elə bir dünya idi ki, ucubucağı yox idi. S.Rəhman. Edqarın ixtiyarında olan üzüm bağının ucu-bucağı yox idi. S.Vəliyev. □ Ucu-bucağı görünməmək (olmamaq) - sonu, ətrafı gözlə qavranıla bilməyən çox geniş sahə haqqında. Ucu-bucağı görünməyən .. məhsuldar çöllər yorulmadan və inadla çalışan insanlarla doludur. M.İbrahimov. Yolumuz ucu-bucağı görünməyən yaşıl tarlalar, təzə salınmış meşə zolaqları arasından keçirdi. M.Dilbazi. // Böyük izdiham, saysız-hesabsız insan kütləsi haqqında. [Atakişi:] Adamın ucu-bucağı yox idi. C.Cabbarlı.
□□ Ucundan-bucağından - oradan-buradan. Mən kitabı tapdım, ucundan-bucağından oxudum. M.S.Ordubadi. Paylaşın - Hamı bilsin
|