U1 (ID - 40366)Azərbaycan əlifbasının iyirmi səkkizinci hərfi və bu hərflə işarə olunan saitin adı.
|
U2 (ID - 40367)nida. 1. Uğultu səsinə təqlid kimi işlənir (adətən uzadılaraq deyilir - u-u-u-u, u-u-u). Uzaqdan u-u səsi gəldi. .
Səbirsizlik, hövsələsizlik, narazılıq yaxud da inciklik, tənə və s. hissləri ifadə edir. U! Bu heç yaxşı olmadı.... |
UC (ID - 40368)is. 1. Bir şeyin sivri, şiş, nazik, batıcı tərəfi, kənarı. İynənin ucu. Mıxın ucu. Süngünün ucu. - Bekar yabanın ucunda bir çəngə alovlu tikan götürüb, bayraq kimi göyə qaldırmışdı. Mir Cəlal. Səlim qələmin ucunu akta...
|
UCA (ID - 40369)sif. 1. Yüksək, hündür. Uca boy. Uca bina. Uca ağac. - Buludlara dəyir uca dağları; Cənnət guşəsidir gözəl bağları. A.Səhhət. Xudayar bəyin ancaq otuz yeddi-otuz səkkiz sinni olar. Boyu ucadı, çox ucadı. C.Məmmədquluzadə. //...
|
UCABOY(LU), UCAQAMƏT(Lİ) (ID - 40370)sif. Boyu uca, boylu-buxunlu, qədd-qamətli. Ucaboy oğlan. Ucaboy qadın. - [Əmi] ucaboy, gərdənli, qarasaqqal, xoşsima bir kişi idi. N.Nərimanov. Sona xala kişi təbiətli, ucaqamətli.. bir qadın idi. S.S.Axundov.
|
UCADAN (ID - 40371)zərf 1. Bərkdən, yüksəkdən, zildən. Ucadan danışmaq. Ucadan gülmək. Ucadan demək. Ucadan oxumaq. - [Adamlar] ucadan və həyəcanla danışır, nə barədə isə mübahisə edirdilər. M.İbrahimov. [Dürrə adamların] bu sözünü eşidib...
|
UCALAN (ID - 40372) |
UCALANDIRMA (ID - 40373)“Ucalandırmaq”dan f.is.
|
UCALANDIRMAQ (ID - 40374)f Ucaltmaq, yüksəltmək, uca etmək, qaldırmaq. □ Adını ucalandırmaq - adını yüksəltmək, şöhrətləndirmək. Bu iş Əminin adını daha da ucalandırırdı. N.Nərimanov.
|
UCALANMA (ID - 40375)“Ucalanmaq”dan f.is.
|
UCALANMAQ (ID - 40376)f . Ucalmaq, yüksəlmək, yüksəklərə qalxmaq, uca olmaq. Dul övrət isə sailə olsun, oda yansın; Ancaq mənim avazeyi-şənim ucalansın. M.Ə.Sabir.
|
UCALAŞMA (ID - 40377)“Ucalaşmaq”dan f.is.
|
UCALAŞMAQ (ID - 40378)f . Yüksəlmək, getdikcə qalxmaq, ucalmaq. Səs ucalaşdı, qoymayın! Millət oyaşdı, qoymayın! M.Ə.Sabir.
|
UCALDILMA (ID - 40379)“Ucaldılmaq”dan f.is.
|
UCALDILMAQ (ID - 40380)“Ucaltmaq”dan məch.
|
UCALIQ (ID - 40381)is. 1. Yüksəklik, hündürlük. Dağın ucalığı. Boyun ucalığı. Tavanın ucalığı. - Siz öləsiz, elədi, bax, odu, Hacı Namazalı özüdü, papağının ucalığı burdan da görsənir. Məmmədquluzadə. // Ətraf sahəyə nisbətən daha...
|
UCALMA (ID - 40382)“Ucalmaq”dan f.is.
|
UCALMAQ (ID - 40383)f 1. Daha da yüksəlmək, qalxmaq, yuxarıya doğru artmaq. Suyun səviyyəsi xeyli ucalmışdır. Binanın divarları gündəngünə ucalır. // Uzaqdan görünmək (uca şeylər haqqında). Artıq Şuşa şəhəri görünür, Xanqızının ağ imarəti...
|
UCALTMA (ID - 40384)“Ucaltmaq”dan f.is.
|
UCALTMAQ (ID - 40385)f . 1. Yüksəltmək, daha uca etmək, qaldırmaq, getdikcə hündürlüyünü artırmaq (bina və s. haqqında). Yeni binaları ucaltmazdan əvvəl köhnə evləri sökmək lazım idi. H.Seyidbəyli.
məc. İctimai mövqeyini, əhəmiyyətini, nüfuzunu,... |
UCAMƏRTƏBƏLİ (ID - 40386)sif 1. Uca, yüksək, hündür, çoxmərtəbəli. Ucamərtəbəli ev (bina).
2. məc. köhn. Yüksək vəzifə sahibi olan, yüksəkvəzifəli. |
UCBATINDAN (ID - 40387)zərf ...səbəbindən, ...üzündən, ...təqsiri üzündən, ...səbəbilə. Sənin ucbatından bizə də söz gəldi. - Ac da qalsanız, susuz da, bu, bizim ucbatımızdan deyil. M.Hüseyn. [İlyas Adiləyə:] Tərlan da dayımın atı idi, amma mənim...
|
UC-BUCAQ (ID - 40388)is. Kənar, son hədd, həddhüdud. Bu bizimçün elə bir dünya idi ki, ucubucağı yox idi. S.Rəhman. Edqarın ixtiyarında olan üzüm bağının ucu-bucağı yox idi. S.Vəliyev. □ Ucu-bucağı görünməmək (olmamaq) - sonu, ətrafı gözlə...
|
UC-BUCAQSIZ (ID - 40389)sif. Ucu-bucağı olmayan, hədd-hüdudu olmayan; çox geniş, intəhasız. inandığım ərənlərin birini; Uc-bucaqsız bir səhrada tapmışam. Ə.Cavad.
|
UCDAN-QIRAQDAN, UCDAN-QULAQDAN (ID - 40390)zərf Başqalardan, özgələrdən; bilavasitə deyil, bilvasitə. Ucdan-qır aqdan qulağına dəyən sözlər Hürüyə mənasız görünürdü. M.İbrahimov. [Rəşid:] Mən nəfəs almadan, heç olmasa ucdan-qulaqdan bir şey eşitməyə çalışdım....
|
UCDANTUTMA (ID - 40391)zərf və sif. Fərq qoymadan, ayırmadan, arada buraxmadan, hamını, başdan-başa, bilavasitə bir-birinin ardınca, bir-bir. Ucdantutma siyahıya alma. Ucdantutma səfərbərlik. - Kim insanları ucdantutma pis hesab eləyirsə, onun öz ürəyi təmiz...
|
UCQAR (ID - 40392)is. Bir yerin ən uzaq hissəsi, kənarı. Nigar nə Koroğluya baxdı, nə dəlilərə baxdı, yavaş-yavaş təpənin lap ucqarlarına gəldi. “Koroğlu” . ..Meşənin ucqarında dağkeçisi görünür. S.Rəhimov. // Şəhərin, qəsəbənin mərkəzindən...
|
UCLUQ (ID - 40393)is. Bir şeyin ucuna keçirilən, taxılan, geydirilən adətən konusşəkilli qalpaqcıq. Karandaş ucluğu. Mərmi ucluğu.
|
UCSUZ-BUCAQSIZ (ID - 40394)bax uc-bucaqsız. Ucsuz-bucaqsız tarlalar. Ucsuz-bucaqsız ölkəmiz. - Qarşıda ucsuz-bucaqsız geniş bir çöl sərilmişdi. H.Nəzərli. Arxa tərəfdən ucsuzbucaqsız geniş düzənlik uzanıb gedirdi. İ.Əfəndiyev.
|
UCUBİZ (ID - 40395)sif Ucu biz kimi olan, ucuşiş, ucu getdikcə nazikləşən. Ucubiz burun.
|
UCUİTİ (ID - 40396)sif. Ucu iti olan, ucuşiş. Ucuiti dəmir. Ucuiti yaba.
|
UCUNDAN (ID - 40397)bax ucbatından. Gecə-gündüz oda düşüb yanaram; Siyah telli bir sonanın ucundan. M.V.Vidadi. Bir-iki nəfərin ucundan iki ay təkrar təlimə saxlanan əsgərlər də, komandirlər də dərsi bilməyənlərə acıqlanmışdılar. Mir Cəlal.
|
UCUŞİŞ (ID - 40398)bax ucubiz.
|
UCUZ (ID - 40399)sif. 1. Az pula satılan, qiyməti aşağı olan, dəyəri baha olmayan (baha ziddi). Ucuz palto. Ucuz parça. Ucuz enerji. - Ucuz ətin şorbası olmaz. (Məsəl). Söz yox, ulaq atdan yaxşıdır. Əvvələn, ondan ötrü, ulaq atdan ucuzdu. C.Məmmədquluzadə....
|
UCUZCA (ID - 40400)sif. və zərf Çox ucuz. Ucuzca mal. Ucuzca satmaq. // Məc. mənada. [Şamama Cadu:] Allahın bu ucuzca ölümü də gəlib məni tapmır. Ə.Haqverdiyev.
|
UCUZÇU (ID - 40401)sif. Malını ucuz satan, yaxud ucuz mallar axtarıb satın alan adam.
|
UCUZLANMA (ID - 40402)“Ucuzlanmaq”dan f.is.
|
UCUZLANMAQ (ID - 40403)bax ucuzlaşmaq.
|
UCUZLAŞDIRILMA (ID - 40404)“Ucuzlaşdırılmaq”dan f.is. Qiymətlərin ucuzlaşdırılması.
|
UCUZLAŞDIRILMAQ (ID - 40405)məch. 1. Ucuz edilmək, qiyməti aşağı salınmaq.
2. məc. Qiymətsizləşdirilmək, qiymətdən salınmaq, hörmətdən salınmaq. |
UCUZLAŞDIRILMIŞ (ID - 40406)f sif Qiyməti aşağı salınmış, daha ucuz edilmiş. Ucuzlaşdırılmış mallar. Ucuzlaşdırılmış qiymət. Ucuzlaşdırılmış paltar mağazası.
|
UCUZLAŞDIRMA (ID - 40407)“Ucuzlaşdırmaq”danf.is.
|
UCUZLAŞDIRMAQ (ID - 40408)f . 1. Qiymətini aşağı salmaq, daha ucuz etmək. Sənaye mallarının qiymətini ucuzlaşdırmaq. - Axır zamanlarda tikintinin hər yerində qənaət, maya qiymətini ucuzlaşdırmaq, israfa yol verməmək haqqında danışırdılar. Ə.Sadıq.
2.... |
UCUZLAŞMA (ID - 40409)“Ucuzlaşmaq”dan f.is.
|
UCUZLAŞMAQ (ID - 40410)f . Daha ucuz olmaq, qiyməti enmək. Bazarda meyvə çox ucuzlaşmışdır. - [Xalası Adilə:] Xala qurban, deyəsən, bazarda çörək ucuzlaşıb? B.Bayramov. // məc. Qiymətdən düşmək, əhəmiyyətini itirmək; hörmətdən düşmək.
|
UCUZLU (ID - 40411)sif Ucuz, daha ucuz. [Anam:] Təzə nəlbəkini qonaq qabağına qoyaram, ucuzlusunda özüm çay içərəm. Mir Cəlal.
|
UCUZLUQ (ID - 40412)is. Qiymətlərin ucuz olduğu vəziyyət (bahalıq ziddi). Ucuzluqda alıcının, bahalıqda satıcının üzünü görmə. (Ata. sözü). Mirzənin zamanında bazarda ucuzluq idi. Ə.Haqverdiyev.
|
UCUZVARİ (ID - 40413)sif. Bir qədər ucuz. Ucuzvari palto. Ucuzvari şey.
|
UÇAĞAN1 (ID - 40414), UÇAĞANOTU
|
UÇAĞAN2 (ID - 40415)bax parabüzən.
|
Bu səhifə dəfə baxılıb