
UCDANTUTMAzərf və sif. Fərq qoymadan, ayırmadan, arada buraxmadan, hamını, başdan-başa, bilavasitə bir-birinin ardınca, bir-bir. Ucdantutma siyahıya alma. Ucdantutma səfərbərlik. - Kim insanları ucdantutma pis hesab eləyirsə, onun öz ürəyi təmiz deyil. M.Hüseyn. [Ataş:] Gündə iki dəfə mənzili axtarılanda, ucdantutma çölə tökülüb işsiz qalanda fəhlə də qırmızı bayraq qaldırar. Ə.Vəliyev.
Paylaşın - Hamı bilsin
|