İzahlı lüğət

UTANMAQSIZIN, UTANMADAN (ID - 40670)

zərf Utanmayaraq, xəcalət çəkmədən, həyasızcasına, təklifsizcəsinə, arsız-arsız. Utanmaqsızın (utanmadan) böhtan atmaq.

UTANMAZ (ID - 40671)

sif. və is. Heç şeydən utanmayan, həya etməyən, həyasız, arsız, abırsız. Utanmaz hərəkət. Utanmaz adam. Utanmazın biridir. - Qorx qorxmazdan, utan utanmazdan. (Ata. sözü).
Utanmaz-utanmaz bax utanmazcasına.
Utanmaz-utanmaz irişmək....

UTANMAZCASINA (ID - 40672)

zərf Həyasızcasına, abırsızcasına, sırtıqcasına, həyasız-həyasız. Utanmazcasına yalan danışmaq. Utanmazcasına cavab qaytarmaq.

UTANMAZLIQ (ID - 40673)

is. Həyasızlıq, abırsızlıq, arsızlıq; utanmaz hərəkət (söz).

UTİL (ID - 40674)

[lat. utilis] İşlətmək üçün yaramayan, lakin xammal kimi istifadə oluna bilən şeylər, faydalı tullantılar (metal qırıntıları, əsgi-üsgü, kağız və s.). [Yunis Səlimova:] Nədir o bir yığın doğrantı tökübsünüz, həyətinizdən...

UTİ(LƏR) (ID - 40675)

is. tar. Alban tayfalarından biri; müasir udinlərin sələfləri.

UTİLİTAR (ID - 40676)

sif. [lat. utilitas-dan] Ancaq praktik istifadəni, xeyir, fayda götürmək məqsədini güdən; praktik, tətbiqi.

UTİLİTARIZM (ID - 40677)

[lat.] 1. Etikada: eqoizmə, fərdiyyətçiliyə əsaslanan burjua cərəyanı (bu cərəyan tərəfdarları iddia edirlər ki, insanın bütün əməlləri ancaq hər şeydən fayda, xeyir götürmək prinsipinə əsaslanır).
2. Hər şeyə xeyir,...

UTİLİTARLIQ (ID - 40678)

bax utilitarizm 2-ci mənada.

UTİLİZASİYA (ID - 40679)

[lat. utilis-dən] İstifadə etmə (edilmə), səmərəli istifadə. // Tullantıların, yarımfabrikatların, yanacaq materiallarının və s.-nin xammal kimi istifadə edilməsi.

UTİLYIĞAN (ID - 40680)

is. Util yığmaqla məşğul olan işçi.

UTOPİK (ID - 40681)

sif. [yun.] 1. fəls. Utopiya (1-ci mənada) üzərində qurulmuş; qeyri-elmi, xəyali. Utopik sosializm.
2. Həyata keçə bilməyən, qeyri-real, xam xəyaldan başqa bir şey olmayan; xəyali. Lakin Elxanın zəif cəhətləri də vardır. Onun...

UTOPİST (ID - 40682)

[yun.] Utopizmə qapılmış adam: xəyalpərəst.

UTOPİYA (ID - 40683)

[yun. utopos] 1. Cəmiyyəti yenidən qurmaq, ideal cəmiyyət yaratmaq haqqında qeyri-elmi fəlsəfi görüş, nəzəriyyə.
2. Həyata keçirilə bilməyən fantaziya, xam xəyal.

UVERTÜRA (ID - 40684)

[fr. ouvertura] Operanın, baletin və s.-nin müqəddiməsi. “Koroğlu” operasının uvertürası. - Ümumiyyətlə, opera əsərləri simfonik orkestr tərəfindən hələ pərdə açılmazdan əvvəl ifa edilən uvertüra, ya da introduksiya (mmüqəddimə)...

UVOLOGİYA (ID - 40685)

is. [lat.] Üzümün salxım və giləsinin struktur komponentləri haqqında elm.

UYAR(LI) (ID - 40686)

sif Uyğun, müvafiq, münasib, düzgələn, uyan, uyğun gələn.

UYARLIQ (ID - 40687)

is. Uyma, uyğun gəlmə, düz gəlmə; uyğunluq, münasiblik.

UYARSIZ (ID - 40688)

sif. Uymayan, uyğun gəlməyən, düz gəlməyən, müvafiq olmayan, uyğunsuz.

UYARSIZLIQ (ID - 40689)

is. Uyğunsuzluq, uymama, düz gəlməmə, uyğun olmama.

UYDURMA (ID - 40690)

1. “Uydurmaqdan f.is.
2. is. Həqiqətdə mövcud olmayıb birisi tərəfindən uydurulan əsilsiz şey; qondarma, yalan, əfsanə, saxta. [Qoca Baxşı:] Çünki oradakı həyat ona yabançı və xəyali bir uydurma kimi görünəcəkdir. C.Cabbarlı....

UYDURMAÇI (ID - 40691)

is. Olmamış, ya olmayan bir şeyi özündən uyduran, özündən quraşdıran adam; yalançı, qondarmaçı, iftiraçı, böhtançı. Uydurmaçının biridir. Mən belə uydurmaçıya rast gəlməmişəm.

UYDURMAÇILIQ (ID - 40692)

is. Olmamış, ya olmayan bir şeyi özündən uydurma, özündən düzəltmə, qondarma; qondarmaçılıq, yalançılıq, saxtaçılıq.

UYDURMAQ (ID - 40693)

f 1. Olmamış, ya olmayan bir şeyi öz xəyalında yaratmaq, özündən düzəltmək, özündən quraşdırmaq; qondarmaq. [Kazım] hər halda bir bəhanə uydurmağı qərara aldı. M.İbrahimov. // məc. Yuxulatmaq, gözünü bağlamaq, iğfal etmək....

UYDURUCU (ID - 40694)

bax uydurmaçı.

UYDURULMA (ID - 40695)

“Uydurulmaqdan f.is.

UYDURULMAQ (ID - 40696)

məch. 1. Özündən düzəldilmək, özündən quraşdırılmaq, özündən qondarılmaq. Siz bəlkə bunu uydurulmuş (f.sif.), xəyali bir əfsanə zənn edərsiniz. S.Hüseyn. Bəlkə Tahirin ali təhsil almadığına dair deyilən sözlər nə məqsədlə...

UYEZD (ID - 40697)

UYĞUN (ID - 40698)

sif. 1. Uyar, müvafiq; düz gələn, müvafiq olan, lazımi şəkildə olan, bir şey üçün yararlı olan. Qətibə bu əlaqənin başlanmasını öz məqsədinə uyğun bilirdi. M.S.Ordubadi. Dükandan çoxdan bəri arzusunda bulunduğum bir kiçik...

UYĞUNLAŞDIRILMA (ID - 40699)

“Uyğunlaşdırılmaqdan f.is.

UYĞUNLAŞDIRILMAQ (ID - 40700)

“Uyğunlaşdırmaqdan məch.

UYĞUNLAŞDIRMA (ID - 40701)

“Uyğunlaşdırmaq”dan f.is.

UYĞUNLAŞDIRMAQ (ID - 40702)

f . Uyuşdurmaq, uyğun hala gətirmək, müvafiqləşdirmək, yaraşdırmaq. Sinir sistemi bədən üzvlərinin işini tənzim edir, uyğunlaşdırır və əlaqələndirir. - Səfdərəli bildiyi saysız-hesabsız məzhəkələrin ən yaxşılarından...

UYĞUNLAŞMA (ID - 40703)

“Uyğunlaşmaq”dan f.is.

UYĞUNLAŞMAQ (ID - 40704)

f . Uyğun hala gəlmək; bir şeyə uyuşmaq, vərdiş etmək, öyrəşmək. Yeni mühitə uyğunlaşmaq. Dağ iqliminə uyğunlaşmaq. Yeni həyat şəraitinə uyğunlaşmaq. - [Surxay:] Qazmaçılar şəraitə uyğunlaşmayıblar. M.Süleymanov. //...

UYĞUNLUQ (ID - 40705)

UYĞUNSUZ (ID - 40706)

sif 1. Uyğun olmayan, uymayan, düz gəlməyən, müvafiq gəlməyən. Uyğunsuz yer. Uyğunsuz vəziyyət.
2. Münasib olmayan, layiq olmayan, yaraşmayan, namünasib, uyuşmaz. Uyğunsuz hərəkət. Uyğunsuz söz.

UYĞUNSUZLUQ (ID - 40707)

is. Aralarında uyğunluq olmama, bir-birilə düz gəlməmə (tutmama).
Xasiyyətlərdə uyğunsuzluq. - Ana isə dar şalvarı bəyənmir, çəkmə ilə onun tənasübündə nə isə bir uyğunsuzluq görürdü. M.Hüseyn. Qüruru və şax gəzişi...

UYĞUR(LAR) (ID - 40708)

Orta Asiyada və Qərbi Çinin bəzi rayonlarında yaşayan türkdilli xalq. Uyğur dili. Uyğur ədəbiyyatı.

UYĞURCA (ID - 40709)

sif. və zərf Uyğur dilində. Uyğurca-rusca lüğət. Uyğurca danışmaq.

UYQU (ID - 40710)

is. Yuxu. Kəndlilər çox yorulub, uyqudan indi oyanır. A.Səhhət. Müəllim oyaqlıqla uyqu arasında idi. S.Hüseyn.

UYQULU (ID - 40711)

sif. Yuxulu. Dideyi-bəxtim oyanmaz, nə ağır uyquludur. Füzuli.

UYQUSUZ (ID - 40712)

is. Yuxusuz. [İsmət:] Keçən gecə bir xeyli fikrə daldım; Düşündüm, düşündüm, uyqusuz (z.) qaldım. H.Cavid. Bəziniz uyqulu, bəziniz uyqusuz; Sizdə var qoxusu hər yerin, küləklər! M.Müşfiq.

UYQUSUZLUQ (ID - 40713)

is. Yuxusuzluq.

UYMA (ID - 40714)

“Uymaq”dan f.is.

UYMAQ (ID - 40715)

f . 1. Bax qapılmaq2. Qərinələrlə məst olub cəhalətə uyduq! Hansı günümüzü xoş keçirdik? C.Məmmədquluzadə. Meydanda durun mərd kimi; Uymayın ötəri şöhrətə, ada. B.Vahabzadə. // İnanaraq tabe olmaq, razı olmaq, güzəştə...

UYUMA (ID - 40716)

“Uyumaq”dan f.is.

UYUMAQ (ID - 40717)

f . 1. Yuxulamaq. Nəhayət, uyuyan (f.sif.) uşaq tərpənib gözlərini açdı. T.Ş.Simurq. // Məc. mənada. Rahat uyu, qəhrəman əsgər! - Uyuyur məncə məzarında sənin; Ağlayan qanlı bir əsrin dərdi. S.Rüstəm.
2. məc. Həyat əsəri...

UYUMUŞ (ID - 40718)

sif. Yuxulamış, yatmış. Uyumuş uşaq. // Məc. mənada. [Rüstəm bəyin] çoxdan bəri uyumuş milli hissi qələyana gəldi. Çəmənzəminli. Duyduğu ətir iyi damarlarında uyumuş sevgi hisslərini oyandırırdı. M.S.Ordubadi. // məc. Qəflətdə...

UYUŞDURMA (ID - 40719)

“Uyuşdurmaq”dan f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed