UYDURULMAQməch. 1. Özündən düzəldilmək, özündən quraşdırılmaq, özündən qondarılmaq. Siz bəlkə bunu uydurulmuş (f.sif.), xəyali bir əfsanə zənn edərsiniz. S.Hüseyn. Bəlkə Tahirin ali təhsil almadığına dair deyilən sözlər nə məqsədlə isə uydurulmuş (f.sif.) sadəcə bir bəhanə idi? M.Hüseyn.
2. Uyğunlaşdırılmaq, uyuşdurulmaq, uydurulmaq, uyğun şəklə salınmaq. Əcdadın mənəviyyatına uydurulmuş (f.sif.) bir ölçü bizə də tövsiyə olunur. Çəmənzəminli. Paylaşın - Hamı bilsin
|