UYDURMAQf 1. Olmamış, ya olmayan bir şeyi öz xəyalında yaratmaq, özündən düzəltmək, özündən quraşdırmaq; qondarmaq. [Kazım] hər halda bir bəhanə uydurmağı qərara aldı. M.İbrahimov. // məc. Yuxulatmaq, gözünü bağlamaq, iğfal etmək. [Gülüş Sevilə:] Balaş səni anlamır, o səni həyatdan gizlədir, uydurur, o səni öz istədiyi kimi yağışdan çıxarıb yağmura salacaqdır. C.Cabbarlı.
2. Uyğunlaşdırmaq, uyuşdurmaq, uyğun hala gətirmək, uyğun etmək. Qoysanız öz oğlumu mən salım öz halimə; Sənətimi öyrədib uydurum öz halimə?! M.Ə.Sabir. Oxşadır səsini bir komandana; Ayaqlar özünü uydurur ona. S.Vurğun. Paylaşın - Hamı bilsin
|