UNİKAL (ID - 40567)sif. [lat.] Nadir, yeganə.
|
UNİON (ID - 40568)is. [lat.] İttifaq, birlik.
|
UNİSON (ID - 40569)is. [ital.] 1. mus. Ahəng uyğunluğu.
fiz. İki titrəyiş mənbəyində tənliklər bərabərliyi. məc. Fikir dəstəkliyi, fikir birliyi; yekdillik. |
UNİTAR (ID - 40570)sif. [fr.] Birləşmiş, vahid.
|
UNİTAZ (ID - 40571)[firmanın adından - Unitas] Kanalizasiyası olan evlərin ayaqyollarında (tualetlərində) çirkabların axıb getməsi üçün xüsusi quruluşlu çanaq.
|
UNİVERMAQ (ID - 40572)is. “Universal mağaza” söz birləşməsinin ixtisar forması. Mərkəzi şəhər univermağı.
|
UNİVERSAL1 (ID - 40573)sif. [lat.] 1. Müxtəlifcəhətli, hərcəhətli, hərtərəfli, hər şeyi qavrayan. Universal adam. Universal peşə. Universal bilik.
2. Bir çox məqsədlər üçün yararlı, müxtəlif işlərdə istifadə edilə bilən, müxtəlif vəzifələr... |
UNİVERSAL2 (ID - 40574)sif. [lat.] 1. Öz sənətinin bütün ixtisaslarına yaxşı bələd olan işçi. Universal çilingər. Universal konstruktor.
2. astr. geod. Həm şaquli, həm də üfüqi səthdə bucaqları ölçmək üçün alət. |
UNİVERSALLIQ (ID - 40575)is. 1. Biliyin ən müxtəlif sahələrinə bələdlik, hərtərəfli məlumatı olma; hərtərəflilik, hərcəhətlilik.
2. Universal şeyin hal və keyfiyyəti. Maşının universallığı. |
UNİVERSAM (ID - 40576)[rus.] Özünəxidmət üsulu ilə işləyən universal mağaza.
|
UNİVERSİTET (ID - 40577)[lat. universitas - toplu, məcmu] Tərkibində müxtəlif ictimai və təbiiyyat-riyaziyyat şöbələri (fakültələri) olan elmi təmayüllü ali məktəb. Bakı Dövlət Universiteti.
|
UNİYA (ID - 40578)is. [lat.] 1. Birlik, birləşmə, ittifaq.
2. Katolik kilsəsinin Roma papasının başçılığı ilə pravoslav kilsəsinin bir hissəsilə birləşməsi. |
UNLAMA (ID - 40579)“Unlamaq”dan f.is.
|
UNLAMAQ (ID - 40580)f Üstünə un səpmək, un tökmək. Xəmiri unlamaq.
|
UNLU (ID - 40581)sif. Üstünə un səpilmiş (tökülmüş); una batmış. Üstü-başı bütöv unludur.
|
UNLUCA (ID - 40582)is. bot. Şoran torpaqlarda yayılmış ot və ya yarımkol bitki.
|
UNLUQ (ID - 40583)is. Dəyirmanın un tökülən çuxur yeri. Qarı unluğun dibini, yan-yörəsini silibsüpürdü, iki ovuc un yığdı. (Nağıl).
|
UNUDULMA (ID - 40587)“Unudulmaq”dan f.is.
|
UNUDULMAQ (ID - 40588)məch. Yaddan çıxarılmaq, yaddan çıxmaq. Bir az sonra Xədicənin xəstəliyi tamamilə unuduldu. S.Hüseyn. Planda heç bir şey unudulmamış, hətta yeni şəhərdə 60 min ağac əkmək belə nəzərdə tutulmuşdu. Ə.Sadıq.
|
UNUDULMAZ (ID - 40589)sif. Unudula bilməyən, yaddan çıxarıla bilməyən, həmişə yadda qalan, yadda qalmalı olan; xatirdən silinməz. Unudulmaz dost (yoldaş). - Kənd həyatında - təbiətin o zəngin və geniş qucağında nə qədər canlı lövhələr, unudulmaz...
|
UNUDULMUŞ (ID - 40590)f sif Yaddan çıxmış, yaddan çıxarılmış. Unudulmuş hadisələr. - [Züleyxa] unudulmuş günləri xatırlayır, hər bir nöqtəsini təhlil edir və qibtə ilə düşünürdü. Çəmənzəminli. Hər daşı qaldırıb altına baxsan; Ordan...
|
UNUTDURMA (ID - 40591)“Unutdurmaq”dan f.is.
|
UNUTDURMAQ (ID - 40592)icb. Unutmağa, yadından çıxarmağa məcbur etmək, unudulmasına, yaddan çıxmasına səbəb olmaq. Bu yerlərin səhərləri, axşamları mənə hər şeyi unutdururdu. A.Şaiq. Yanına gələnlər isə şairin iztirablarını unutdurmağa çalışır,...
|
UNUTQAN (ID - 40593)sif. Tez yadından çıxaran, unudan, yadında saxlaya bilməyən, yaddaşı olmayan, huşsuz. Unutqan adam.
|
UNUTQANLIQ (ID - 40594)is. Unutqan adamın hal və keyfiyyəti; yaddaşsızlıq, huşsuzluq. [Yaşlı kişi:] Əgər həmin qulluqçu ikinci dəfə də belə bir unutqanlıq etsə idi, [tacir] haqq-hesabını verməklə “xoş gəldin!” - deyib qovardı. S.Hüseyn.
|
UNUTMA (ID - 40595)“Unutmaq”dan f.is.
|
UNUTMAQ (ID - 40596)f 1. Yaddan çıxarmaq, yadından çıxmaq, xatirindən çıxmaq (çıxarmaq). Nə oldu bülbülə kim, qıldı gülüstan tərkin? Unutdu göllərini, etdi aşiyan tərkin. X.Natəvan. // Lazımi anda, yeri gələndə yada salmamaq, nəzərindən qaçırmaq....
|
UPUZUN (ID - 40597)sif Çox uzun, lap uzun. Upuzun ağac.
|
UR (ID - 40598)is. Bədənin hər hansı bir yerində çıxan iltihabsız şiş.
|
URA (ID - 40599)is. Tərəvəzin, meyvənin ən axırda dəriləni. Gedər bostan urası; Qalar üzün qarası. (Ata. sözü).
|
UR(R)A! (ID - 40600)nida. 1. Hücum zamanı qoşunların döyüş nidası. Çalınmaqda şeypurlar, naylar; Ucalmaqda ləşkərdən urraylar. M.Ə.Sabir. Soldat “ura” deyib keçdi hücuma; Töküldü qanları torpağa, quma. H.K.Sanılı.
2. Hərarətli alqış və... |
URAN (ID - 40601)[yun. uranos - göy] Radioaktiv kimyəvi element - atom enerjisi hasil etmək üçün xam maddə (nüvə silahında partlayıcı maddə kimi istifadə olunur).
|
URBANİZASİYA (ID - 40602)[lat. urbanus] Ölkənin və ya rayonun həyatında şəhərlərin əhəmiyyətinin artması, sosial-iqtisadi inkişafla əlaqədar şəhər əhalisinin çoxalması prosesi.
|
URBANİZM (ID - 40603)[lat. urbanus - şəhər] kit. 1. Maddi və mənəvi mədəniyyətin iri şəhərlərdə cəmləşdirilməsini və kəndin zərərinə olaraq şəhərlərin inkişafının gücləndirilməsini tələb edən konsepsiya.
2. İri sənaye və ticarət... |
URDU (ID - 40604)Pakistanın dövlət dili.
|
URLAMA (ID - 40605)“Urlamaq”dan f.is.
|
URLAMAQ (ID - 40606)f . məh. Qoyunları sulamağa çağırmaq, səsləmək.
|
URLU (ID - 40607)sif. Uru olan, şişləri olan.
|
URNA (ID - 40608)is. [lat.] 1. Yandırılmış cənazənin külünü saxlamaq üçün qab.
2. Seçki qutusu; səsvermə qutusu. |
UROLOGİYA (ID - 40609)[yun. urol və logos] Tibb elminin sidik sistemi xəstəlikləri və onların müalicə və profilaktikası ilə məşğul olan sahəsi.
|
UROLOJİ (ID - 40610)sif. [yun.]. Urologiyaya aid olan. Uroloji müayinə. Uroloji klinika.
|
UROLOQ (ID - 40611)[yun.] Urologiya mütəxəssisi; həkim.
|
URUQ (ID - 40612)is. Ailə. Uruğum olsun, Urumda olsun. (Ata. sözü). // Qəbilə, tayfa.
|
URUQVAYLILAR (ID - 40613)is. Uruqvayda yaşayan əhali.
|
URUS (ID - 40614)“Rus” sözünün canlı dildə işlənən forması. [Məşədi İbad:] Bax, mən iki yaşında urus balası görmüşəm ki, başı ağappaq qar kimi. U.Hacıbəyov.
|
URVA (ID - 40615)is. Xəmiri kündələyərkən və ya yayarkən ələ yapışmaması üçün onun üstünə səpilən az un. iki evin urvasından bir fətir olar. (Ata. sözü).
|
URVALIQ (ID - 40616) |
URVAT (ID - 40617)is. dan. Hörmət, izzət, ehtiram, sayğı; təsir, nüfuz, etibar. Keçəl Həmzə sayılmayan, urvatı olmayan bir adam idi. “Koroğlu” . Qəhrəman oxuyandan qabaq Rüstəmin bu evdə heç olmasa urvatı vardı. S.Rəhimov.
|
URVATLI (ID - 40618)sif. dan. Sayılan, hörməti olan, hörmətli, nüfuzlu, etibarlı. [Qarakişi:] Bax, Əsəd kişi hamıya yaxşılıq elədi. Ölüsü də urvatlı oldu. B.Bayramov.
|
URVATSIZ (ID - 40619)sif. dan. Urvatı, hörməti, nüfuzu olmayan; sayılmayan, hörmətsiz, etibarsız. Gör nə qədər urvatsızıq ki, Qəni bəyin evinin yanmasında da bizdən şübhələnirlər. Ə.Vəliyev.
|
Bu səhifə dəfə baxılıb