
UNUDULMAZsif. Unudula bilməyən, yaddan çıxarıla bilməyən, həmişə yadda qalan, yadda qalmalı olan; xatirdən silinməz. Unudulmaz dost (yoldaş). - Kənd həyatında - təbiətin o zəngin və geniş qucağında nə qədər canlı lövhələr, unudulmaz xatirələr vardır! A.Şaiq. Doğrudan da yaşlandıqca Qaraş və Pərşan Rüstəmin ocağına unudulmaz bir sevinc, xoş bir şadlıq gətirmişdi. M.İbrahimov.
Paylaşın - Hamı bilsin
|