UÇAĞAN3 (ID - 40416)sif. İti uçan, qaçağan. Uçağan at.
|
UÇAR (ID - 40417)sif. 1. Uçan, təbəxxür edən, başqa hala keçib havaya qarışan. Uçar mayelər. Uçar qaz.
2. Uçan, havada, göylərdə seyr edən. Uçar quşlar. - Uçarda turacdır, qaçarda ceyran. S.Vurğun. |
UÇQUN (ID - 40418)is. Dağlardan, qayalardan, ümumiyyətlə, hündür yerlərdən qopub düşən qar, daş, qaya, torpaq koması. Birdən ordan qar uçqunu uçdu; Bərk səsilə guruldayıb düşdü. A.Səhhət. Dörd il əvvəl bu ailənin Hənifə adlı böyük qızı...
|
UÇQUNYANAQLI (ID - 40419)sif. Yanaqları batmış, ordları batmış, ordubatıq. Bu, on beş-on altı yaşlarında, ortaboylu, qaragözlü, uçqunyanaqlı, sarımtraq .. bir qızcığazdı. C.Cabbarlı.
|
UÇMA1 (ID - 40420)“Uçmaq1”dan f.is.
|
UÇMA2 (ID - 40421)“Uçmaq2”dan f.is. Qatırçılar bu yollarda araba aşmasından, adam uçmasından faciəli hadisələr danışırdılar. Mir Cəlal.
|
UÇMAQ1 (ID - 40422)f. 1. Qanadlar vasitəsilə havada hərəkət etmək, havaya qalxıb getmək, havada gəzmək. Havada quşlar uçur. - Hələ tamam qurumamış yağış gölləri; Üzərində bulud-bulud uçur milçəklər. S.Vurğun. Dağın baş tərəfinə yaxın...
|
UÇMAQ2 (ID - 40423)f 1. Hər hansı bir səbəb üzündən yıxılmaq, dağılmaq; öz ağırlığının təsiri altında düşmək; yıxılmaq, uçulmaq. Dam uçdu. Qaya uçanda toz qopar. - Qışda uçmuş (f.sif.) damlar qayrılır, rəxnələnmiş hasarlar təmir olunub...
|
UÇOT (ID - 40424)[rus.] Hesabaalma, siyahıyaalma, hesablayaraq qeydəalma. Malların uçotu. Yeni uçot formaları. Mal-qaranın uçota alınması.
|
UÇOTÇU (ID - 40425)is. Uçot işləri aparan şəxs.
|
UÇUCU (ID - 40426)sif 1. Uçan, havada uça bilən, havada uçmaq üçün düzəldilmiş, ya uyğunlaşdırılmış. Uçucu aparatlar (təyyarə, dirijabl, vertolyot və s.).
2. xüs. Tez buxarlanan, buxarlanıb havaya qarışan, buxar, ya qaz halına keçə bilən.... |
UÇUCULUQ (ID - 40427)is. 1. Uçucu aparatlarda havada uçma sənəti, bacarığı, işi. Pilotun uçuculuq məharəti. Təyyarənin uçuculuq qabiliyyəti.
2. Maddələrin tez buxarlanıb havaya qarışması xassəsi. Mayenin uçuculuğu. |
UÇUQ1 (ID - 40428)1. sif. Uçulmuş halda olan, yıxıq. Uçuq dam. Uçuq pəncərə. - Hamamın alçaq və uçuq divarları böyük günbəzlərə söykənərək yüz illərdən bəri bu hal ilə dayanırdı. Çəmənzəminli. Yolçu .. qarşısına çıxan ilk uçuq...
|
UÇUQ2 (ID - 40429)is. Qızdırmadan və ya başqa səbəbdən dodaqda çıxan qabarcıq(lar). Dodağına uçuq çıxmaq.
|
UÇUQLAMA (ID - 40430)“Uçuqlamaq”dan f.is.
|
UÇUQLAMAQ (ID - 40431)f . Qızdırmadan və ya başqa səbəbdən uçuq çıxmaq, uçuq(lar) əmələ gəlmək. Dodaqları uçuqlamaq.
|
UÇUQ-SÖKÜK (ID - 40432)bax uçuq1. [Almaz Camala:] Burada nə var? Uçuq-sökük daxmalar, pəncərəsiz, işıqsız komalar. C.Cabbarlı. Onsuz da bu evin hər tərəfində keçmiş vuruşmaların şahidi olan bir çox uçuq-söküklər var idi. H.Nəzərli.
|
UÇULMA (ID - 40433)“Uçulmaq”dan f.is.
|
UÇULMAQ (ID - 40434)bax uçmaq2. [Türbət:] Ay haray, köməyə gəlin, taxtabənd uçuldu, adamlar qaldı altında. C.Cabbarlı. [Calalın atası] .. tövlə uçularkən bərk yaralanıb ölmüşdü. S.Vəliyev.
|
UÇUNCAQ (ID - 40435)is. Yellənmək üçün düzəldilən qurğu; yelləncək. Oğlan-qızla dolu uçuncaqlar, yelləncəklər havada fırlanırdı. S.Rəhimov.
|
UÇUNMA (ID - 40436)1. “Uçunmaq”dan f.is.
2. is. Titrəmə, əsmə; titrəyiş. [Dərviş:] Canımda bir uçunma peyda oldu.. A.Divanbəyoğlu. Göyərçini titrətmə və uçunma götürdü. S.Rəhimov. |
UÇUNMAQ (ID - 40437)f Titrəmək, əsmək, çırpınmaq. Bədənim uçunur. - Bəy qəzəbindən qızdırmalı adamlar kimi uçundu. M.Hüseyn. [Xanın] saçı-saqqalı qar kimi ağarmış, çuxura düşmüş gözlərinin dövrəsi qaralmış, əliayağı əsir, bütün...
|
UÇUNTU (ID - 40438)is. Uçulub tökülmüş şeylər; töküntü.
|
UÇURDULMA1 (ID - 40439)“Uçurdulmaq1’dan f.is.
|
UÇURDULMA2 (ID - 40440)“Uçurdulmaq2”dan f.is.
|
UÇURDULMAQ1 (ID - 40441)“Uçurtmaq1’dan məch. Göyərçin uçurduldu.
|
UÇURDULMAQ2 (ID - 40442)“Uçurtmaq2”dan məch. Köhnə evlər uçurduldu.
|
UÇURMA1 (ID - 40443)“Uçurmaq1’dan f.is.
|
UÇURMA2 (ID - 40444)“Uçurmaq2”dan f.is.
|
UÇURMAQ1 (ID - 40445)bax uçurtmaq1. Quşları uçurmaq. Planer uçurmaq. Badban uçurmaq.
Budur, xəyal məni yerdən uçurur; O mənə göylərdə aşiyan qurur. S.Vurğun. |
UÇURMAQ2 (ID - 40446)bax uçurtmaq2. [İncə:] ..Fəqət atam, bilmirəm kimdən eşitmiş, istəyirdi bütün evi uçursun. C.Cabbarlı. Çay səllimi at kimi baş alıb gedir, bəndləri və sədləri uçururdu. Ə.Vəliyev.
|
UÇURTMA1 (ID - 40447)“Uçurtmaq1’dan f.is.
|
UÇURTMA2 (ID - 40448)“Uçurtmaq2”dan f.is.
|
UÇURTMA3 (ID - 40449)is. Badban, çərpələng. Avropa üsulu ilə tərbiyə verən atalar uşaqlarını çox sevərlər, oxşarlar, onlara uçurtma verərlər. “Məktəb” .
|
UÇURTMAQ1 (ID - 40450)f. Uçmağa sövq və ya məcbur etmək, uçmasına kömək etmək, uçmağa buraxmaq. Quşu uçurtmaq. - Soldurma gəl gülümü; Uçurtma bülbülümü; Bir xəlvət yerdə otur; Deyim dərdi-dilimi. (Bayatı).
|
UÇURTMAQ2 (ID - 40451)f. 1. Tikili, qurulu bir şeyi dağıtmaq, yıxmaq, uçqun hala gətirmək, xarabaya döndərmək. Köhnə binanı uçurtmaq.
Hitler Polşanı ayaqlarkən dahi şair Adam Mitskeviçin heykəlini uçurtdu. M.Hüseyn. 2. məc. Devirmək, yıxmaq sındırmaq,... |
UÇURULMA1 (ID - 40452)“Uçurulmaq1’dan f.is.
|
UÇURULMA2 (ID - 40453)“Uçurulmaq2”dan f.is.
|
UÇURULMAQ1 (ID - 40454)“Uçurmaq1’dan məch. Quşlar yuvalarından uçuruldu. - Yoxsa bunlar da qızıl quşlarmı? Göyə yerdən uçurulmuşlarmı? M.Müşfiq.
|
UÇURULMAQ2 (ID - 40455) |
UÇURUM (ID - 40456)is. 1. Çox sarp, dik və dərin yamac; yarğan, sıldırım. Sağımız dağ, solumuz qorxunc uçurum, meşəlik, dağlıqdır. S.Rüstəm. Uçurumun dibi böyük tikan kolları ilə örtülmüşdü. Ə.Məmmədxanlı. // sif Uçurumlu, sıldırımlı,...
|
UÇURUMLU (ID - 40457)sif. Uçurumları və yarğanları çox olan; sıldırımlı, yarğanlı. Bu yer qalın, sıx meşəlik, çılpaq qayalıq, uçurumlu dərələrlə qucaqlanmışdı. A.Şaiq. Kür sahili uçurumlu və qorxuludur. M.Hüseyn.
|
UÇUŞ (ID - 40458)is. 1. Uçma işi, uçan bir şeyin havada hərəkət etməsi. Mərminin uçuşu. Arıların uçuşu. - Toyuğun uçuşu zibilliyə qədər olar. (Ata. sözü). Tamaşaçılar heyran-heyran bunlara baxır və böyük maraqla modellərin uçuşunu gözləyirdilər....
|
UÇUŞMA (ID - 40459)“Uçuşmaq”dan f.is. Yaşıl yarpaqların uçuşmaları, quşların nəğmələri qaranlıq dərəni oyadırdı. S.Rəhimov.
|
UÇUŞMAQ (ID - 40460)qarş. 1. Birlikdə, bir-birlərinə qarışaraq uçmaq. Uçuşurdu yanaşı; Göyərçinlə qızılquş! Ə.Cavad. Hinin üstündəki göyərçinlər, çardaqdakılardan da bir neçəsi həmin saat uçuşub həyətə qondular. M.Rzaquluzadə.
məc.... |
UD1 (ID - 40461)is. [ər.] Vətəni Hindistan sayılan, yandırılanda xoş iy verən bir ağac (xoş qoxu vermək üçün otaqlarda xüsusi qablarda - buxurdanlarda yandırılardı).
|
UD2 (ID - 40462)is. [ər.] Yaxın Şərqdə simli musiqi alətinin adı. Oxuyub-çalanlar yavaş-yavaş kamança və udu hazırlayıb çalmağa başladılar. M.S.Ordubadi. Ud, ney, tar, kaman çaldırdıq; Qışqırıb həşir qopartdıq bu gecə! Ə.Nəzmi.
|
UDDURMA (ID - 40463)“Uddurmaq”dan f.is.
|
UDDURMAQ (ID - 40464)icb. 1. Udmağa məcbur etmək.
2. məc. Qəbul etdirmək, qəbul etməyə məcbur etmək. □□ Qan uddurmaq - bax qan. |
UDEL (ID - 40465)[rus.] tar. 1. Qədim Rusiyada: knyaz və onun ailəsinin ayrı-ayrı üzvlərinə məxsus olan yerlər, torpaqlar, mülklər. Hər bir böyük knyazlıq udellərə, yəni ayrı-ayrı knyaz ailəsinin üzvlərinə məxsus olan kiçik mülklərə ayrılırdı....
|
Bu səhifə dəfə baxılıb