UÇUŞis. 1. Uçma işi, uçan bir şeyin havada hərəkət etməsi. Mərminin uçuşu. Arıların uçuşu. - Toyuğun uçuşu zibilliyə qədər olar. (Ata. sözü). Tamaşaçılar heyran-heyran bunlara baxır və böyük maraqla modellərin uçuşunu gözləyirdilər. M.Rzaquluzadə. // Uçma tərzi, qaydası, üsulu. Tərlan uçuşundan tanınar. // Çox sürətli yeriş. Tərlana bənzər uçuşun; Əl çatmaz ipək alına! “Koroğlu” . // Müəyyən vaxtı nəzərdə tutan təyyarə reysi. Gecə uçuşları. Təyyarələrin uçuş cədvəli. 2. məc. tənt. Vüsət, yüksəliş, coşqunluq. Şeir, sənət daima mübarizə, uçuş, yüksəliş tərəfdarıdır. S.Rəhimov.
Paylaşın - Hamı bilsin
|