İzahlı lüğət

UYUŞDURMAQ (ID - 40720)

f . Bir-birinə uydurmaq, uyğunlaşdırmaq, uyğun etmək, yaraşdırmaq.

UYUŞMA (ID - 40721)

“Uyuşmaq”dan f.is.

UYUŞMAQ (ID - 40722)

f . 1. Keyləşmək, keyimək, hissizləşmək, duyma qabiliyyətini itirmək. Soyuqdan əlləri uyuşdu. - Göyərçin uyuşan (f.sif.) əllərini bərk sıxaraq: - Baxaq... görək, - dedi. S.Rəhimov. Alnını soyuq tər basdı. Bədəni uyuşub açıldı....

UYUŞMAZ (ID - 40723)

sif. Bir-biri ilə uyuşmayan, düz gəlməyən, uyğun olmayan, bir-birinə uymayan, bir-birinə zidd olan; bir yerdə ola bilməyən; barışmaz. Uyuşmaz ziddiyyətlər. Uyuşmaz xasiyyətlər.

UYUŞMAZLIQ (ID - 40724)

is. Uyuşmama, bir-birinə uyğun gəlməmə, uymama, bir-birinə zidd olma; barışmazlıq.

UYUŞUQ (ID - 40725)

sif. Keyikmiş, keyləşmiş, duyma qabiliyyətini itirmiş; uyuşmuş.

UYUŞUQLUQ (ID - 40726)

is. Uyuşmuş şeyin halı; uyuşma, keyikmə, keyimə. [Cuma] qıçlarında və qollarında bir uyuşuqluq, boynunda, həm də çiyinlərində ağrı, köksündə nə isə bir tənglik hiss edirdi. Ə.Əbülhəsən.

UYUTMA (ID - 40727)

“Uyutmaq”dan f.is.

UYUTMAQ (ID - 40728)

UY-UY (ID - 40729)

təql. Ağrı, qorxu, ürkmə və s. hissləri ifadə edir. [Şeyx Nəsrullah] .. birdən “uyuy” eləyib, sol əlini qoyur böyrünə. C.Məmmədquluzadə.

UZADILMA (ID - 40730)

“Uzadılmaq”dan f.is.

UZADILMAQ (ID - 40731)

“Uzatmaq”dan məch. ip uzadıldı. Yol bir kilometr uzadıldı. Yerə uzadılmaq. Məsələ çox uzadıldı.

UZAĞI (ID - 40732)

bax uzaqbaşı. [Zeynal:] ..Allahqulu gör nə deyir? Deyir, uzağı sabah Veys anasını Sona üçün elçi göndərər. Ə.Əbülhəsən.

UZAQ (ID - 40733)

sif. və zərf 1. Məsafə etibarilə yaxın olmayan, çox aralı olan (yaxın ziddi). Uzaq yerlər. Uzaq məsafə. - Köhnə Azərbaycanın uzaq bir bucağında; Qoca Həsən dayının alçaq koması vardı. R.Rza. Ehtiyat xala dəmir yolundan xeyli...

UZAQBAŞI (ID - 40734)

zərf Zaman etibarilə ən uzağı, ən geci. Uzaqbaşı sabah gələcəyəm. Uzaqbaşı bir həftə çəkər. - Adətən [Xanlar] saat beşdə, ya uzaqbaşı saat altıda evlərinə dönərdi. S.Rəhimov.

UZAQDAN-UZAĞA (ID - 40735)

zərf 1. Uzaq məsafədən, uzaqdan, yaxında olmadığı halda. Uzaqdan-uzağa tamaşa etmək. - Tapdıq uzaqdanuzağa dənizə baxmışdı. Ə.Əbülhəsən.
2. məc. Uzaqdan, bilavasitə təmasda olmadan, kənardan; bilmədiyi, tanımadığı halda....

UZAQGÖRƏN (ID - 40736)

sif Bir şeyin aqibətini, gələcək nəticəsini qabaqcadan görməyi bacaran, bəsirətli. Yox, yox, orda uzaqgörən oyaqlar da var; Haqq, ədalət, sülh söyləyən dodaqlar da var. S.Rüstəm. [Komandir] uzaqgörən idi. Hər bir məsələni yüz...

UZAQGÖRƏNLİK (ID - 40737)

is. Bir şeyin aqibətini, gələcək nəticəsini qabaqcadan görmək qabiliyyəti; bəsirət. Kərəmzadə siyasi uzaqgörənliyini isbata çalışdı. B.Bayramov. Şiraslan müsibətli adam kimi, uzaqgörənliyini yada saldı. M.Süleymanov. // Ehtiyatkarlıq,...

UZAQGÖRÜCÜ (ID - 40738)

bax uzaqgörən. Mən elə bilirəm ki, iki hökmdarı öldürməyi bacaran bir zat uzaqgörücü siyasi düşüncəli bir zat olmalıdır. M.S.Ordubadi. Onların arasında məsələni dərindən və çox düzgün başa düşən uzaqgörücü adamlar...

UZAQGÖRÜCÜLÜK (ID - 40739)

bax uzaqgörənlik.

UZAQLAŞDIRILMA (ID - 40740)

“Uzaqlaşdırılmaq”dan f.is.

UZAQLAŞDIRILMAQ (ID - 40741)

‘Uzaqlaşdırmaq’dan məch. Müstəntiq də daxil olduğu halda, kənardan gələn adamlar xəstənin yanından uzaqlaşdırıldılar. S.Hüseyn.

UZAQLAŞDIRMA (ID - 40742)

“Uzaqlaşdırmaq”dan f.is.

UZAQLAŞDIRMAQ (ID - 40743)

f . 1. Bir qədər uzaq etmək, uzağa çəkmək, kənara çəkmək. Stolu özündən uzaqlaşdırmaq. Hədəfi on metr uzaqlaşdırmaq. // Getməyə, bir yeri tərk etməyə məcbur etmək. Qəhrəman balaca Sabiri arıxanadan uzaqlaşdırırdı. S.Rəhimov....

UZAQLAŞMA (ID - 40744)

“Uzaqlaşmaq”dan f.is.

UZAQLAŞMAQ (ID - 40745)

f . 1. Daha uzağa, uzaq məsafəyə getmək, çox aralanmaq, getdikcə uzaq olmaq. Qəsəbədən uzaqlaşmaq. Çaydan uzaqlaşmaq. - Şəhərdən bir qədər uzaqlaşmışdıq, gördük ki, yolun kənarında bir neçə adam oturub. C.Məmmədquluzadə....

UZAQLIQ (ID - 40746)

is. 1. Məsafəcə uzunluq, məsafəcə yaxın olmama; uzaq olma, iraqlıq. Yolun uzaqlığı. Səfərin uzaqlığı. Ulduzların uzaqlığı. Məsafənin uzaqlığı. // İki müəyyən nöqtə arasındakı məsafə. Mərmi uçuşunun uzaqlığı. Atış...

UZAQLIQÖLÇƏN (ID - 40747)

is. Müşahidəçidən uzaq cismə (şeyə) qədər olan məsafəni bilavasitə ölçmədən müəyyən etmək üçün xüsusi cihaz. Optik uzaqlıqölçən. // Sif. mənasında. Uzaqlıqölçən cihaz.

UZAQ-UZAQ (ID - 40748)

sif. Çox uzaq. Uzaq-uzaq dağ başında; Tala-tala qar görünür. “Koroğlu” . Uzaq-uzaq ölkələrdən; Uçub gəlir qaranquşlar. B.Vahabzadə.

UZAQVURAN (ID - 40749)

sif. Uzaq məsafələrə vuran; gülləsi, mərmisi uzaqlara çatan. Uzaqvuran artilleriya. - Gecə-gündüz qulaq asır uzaqvuran top səsinə. S.Vurğun. Uzaqvuran topların nəriltisi sahildə əks-səda verdi. M.Hüseyn.

UZANDIRILMA (ID - 40750)

“Uzandırılmaq”dan f.is.

UZANDIRILMAQ (ID - 40751)

“Uzandırmaq”dan məch.

UZANDIRMA (ID - 40752)

“Uzandırmaq”dan f.is.

UZANDIRMAQ (ID - 40753)

icb. Uzanmış hala gətirmək; uzanmağa məcbur etmək. Xəstəni uzandırmaq.

UZANIB-GETMƏK (ID - 40754)

bax uzanmaq 3-cü mənada. Düşərgənin [ətrafında] yamyaşıl pambıq sahələri uzanıb gedir. M.İbrahimov.

UZANIQLI (ID - 40755)

zərf Uzanmış halda, uzanmış vəziyyətdə. Badam xala başını aşağı salıb əl vermədi, dinmədi, insafın əli uzanıqlı qaldı. Mir Cəlal.

UZANIŞMA (ID - 40756)

“Uzanışmaq”dan f.is.

UZANIŞMAQ (ID - 40757)

qarş. Uzanmaq (çoxları haqqında). Hamı uzanışıb yatdı.

UZANMA (ID - 40758)

“Uzanmaq”dan f.is.

UZANMAQ (ID - 40759)

f 1. Üfüqi və hərəkətsiz bir vəziyyət almaq, uzanmış vəziyyət almaq (yatmaq, dincəlmək və ya başqa məqsədlə). Divanda uzanmaq. Otun üstündə uzanmaq. Üzüqoylu uzanmaq. Böyrü üstə uzanmaq. Nahardan sonra uzandım, amma yuxum...

UZAŞDIRMA (ID - 40760)

“Uzaşdırmaq”dan f.is.

UZAŞDIRMAQ (ID - 40761)

f Uzaqlaşdırmaq.

UZAŞMA (ID - 40762)

“Uzaşmaq”dan f.is.

UZAŞMAQ (ID - 40763)

f . Uzaqlaşmaq. Yaxşıya yanaş; Yamandan uzaş. (Ata. sözü). Qırıldı, qaçdı, qoymayın; Gözdən uzaşdı, qoymayın. M.Ə.Sabir. Günəş uzaşır, kölgələr boy atır. R.Rza.

UZATMA (ID - 40764)

“Uzatmaq”dan f.is.

UZATMAQ (ID - 40765)

f . 1. Daha uzun etmək; uzunluğunu, boyunu artırmaq. Paltarın ətəyini uzatmaq. ipi bir qədər uzatmaq.
Bir şeyi irəliyə doğru hərəkət etdirmək, irəli vermək, bir şeyə, ya bir adama tərəf yaxınlaşdırmaq, yönəltmək. ..Yavıqda...

UZLAŞDIRILMA (ID - 40766)

“Uzlaşdırılmaq”dan f.is.

UZLAŞDIRILMAQ (ID - 40767)

məch. Uyğunlaşdırılmaq, uyğun bir hala gətirilmək, müvafiqləşdirilmək, uyuşdurulmaq, həmahəng edilmək.

UZLAŞDIRMA (ID - 40768)

“Uzlaşdırmaq”dan f.is.

UZLAŞDIRMAQ (ID - 40769)

f . 1. Uyğunlaşdırmaq, uyğun bir hala salmaq, müvafiqləşdirmək, uyuşdurmaq, həmahəng etmək.
Bir şey, bir məsələ haqqında danışıb müəyyən fikrə gəlmək, bir şey haqqında razılığa gəlmək. Hərəkət planını uzlaşdırmaq....

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed