
UZAQDAN-UZAĞAzərf 1. Uzaq məsafədən, uzaqdan, yaxında olmadığı halda. Uzaqdan-uzağa tamaşa etmək. - Tapdıq uzaqdanuzağa dənizə baxmışdı. Ə.Əbülhəsən.
2. məc. Uzaqdan, bilavasitə təmasda olmadan, kənardan; bilmədiyi, tanımadığı halda. Uzaqdan-uzağa hökm vermək olmaz. Uzaqdan-uzağa fikir söyləmək çətindir. - Tikinti kontorunun müdiri Ağarza Rəşid ilə uzaqdan-uzağa tanış idi. Mir Cəlal. Həyatda isə [Odunçuoğlu] uzaqdan-uzağa sevdiyi qıza bəzən aylarla rast gələ bilmir, onu gün işığında gördüyünü xatırlamırdı. Ə.Məmmədxanlı. [Camal:] Uzaqdan-uzağa adam haqqında bu qədər şey bilmək olar? M.Süleymanov. Paylaşın - Hamı bilsin
|