UZLAŞMA (ID - 40770)1. “Uzlaşmaq”dan f.is.
2. qram. Qrammatik əlaqənin elə formasıdır ki, burada qrammatik cəhətdən tabeedici ünsürlərin hər ikisi bir qrammatik kateqoriyada olur (uzlaşma dillərin çoxunda şəxs, kəmiyyət, cins kateqoriyalarında... |
UZLAŞMAQ (ID - 40771)f . 1. Uyğunlaşmaq, uyğun gəlmək, müvafiq olmaq, həmahəng olmaq, düz gəlmək. Yeni layihə əvvəlki Hə tamamilə uzlaşır. Onun sözü işi ilə uzlaşmır. // Sözləşmək, şərtləşmək, qərarlaşmaq, danışıb razılığını almaq....
|
UZUN (ID - 40772)sif. 1. İki ucunun arası çox, çox olan (qısa ziddi). Uzun ağac. Uzun ip. Uzun tir. Uzun saç. - [Laçın] əlində uzun bir dəyənək beş-altı baş keçi və qoyunu otarmağa aparırdı. H.Nəzərli. Ortada uzun, lakin ensiz ayaqaltı xalça...
|
UZUNAYAQ(LI) (ID - 40773)sif. Ayaqları uzun olan. Uzunayaq durna.
|
UZUNBALDIR(LI) (ID - 40774)sif. Baldırları uzun və nazik olan.
|
UZUNBAŞ(LI) (ID - 40775)sif. Başı uzunsov olan.
|
UZUNBIĞ(LI) (ID - 40776)sif. Bığları uzun olan, uzun bığ qoymuş. Uzunbığ kişi. - Məmməd bəyin ilk zərbəsindən uzunbığlı, sallaq birçəkli bir sərkərdənin başı qələm kimi atıldı. Çəmənzəminli.
|
UZUNBOĞAZ(LI) (ID - 40777)sif. Boğazı uzun olan, uzun boğazlı. Uzunboğaz adam. Uzunboğaz şüşə. Uzunboğaz corab. - Stolun qabağında dümdüz oturmuş uzunboğaz, arıq adam qəti dedi.. M.Hüseyn. Güllüoğlu Xalıqverdinin əynində nimdaş göy çuxa, ayağında...
|
UZUNBOY(LU) (ID - 40778) |
UZUNBOYUN (ID - 40779)sif. Boynu uzun olan. Uzunboyun adam.
|
UZUNBURUN1 (ID - 40780)sif. Burnu uzun olan, uzun burunlu. Uzunburun adam. Uzunburun balıq.
|
UZUNBURUN2 (ID - 40781)is. Bəzi rayonlarda ağcaqanadın bir adı. Revolveri, qoçunu Badikubə məmləkətində; Uzunburun milçəyi Saliyanda görməli imiş. M.Ə.Sabir.
|
UZUNBUYNUZ(LU) (ID - 40782)sif. Buynuzları uzun olan. Uzunbuynuzlu camışlar.. Cənubi Çində, Böyük Okeanda və İndoneziya adalarında yaşayır. A.Ağabəyli.
|
UZUNCA (ID - 40783)sif. Çox uzun. Uzunca ağac. Uzunca dəhliz. Uzunca zal. Uzunca boru. // Çox müfəssəl, çox uzun, geniş. Ceyran burada mənə uzunca bir izahat verdi. S.Hüseyn. Görünür, anamla uzunca söhbət etmisən.. S.S.Axundov.
|
UZUN-CAYDAQ (ID - 40784)bax uzundraz. Uzuncaydaq məmur .. komendanta sarı dönərək sakit, lakin amiranə bir səslə dedi. M.Hüseyn.
|
UZUNÇƏKƏN (ID - 40785)bax uzunsürən.
|
UZUNÇU (ID - 40786)bax uzundanışan. Uzunçunun biridir. - Bu usta əvvəlkindən də uzunçu idi. “Koroğlu” . [Feldşer] çox uzunçu, lağ-lağ, həm də qaba bir adamdı. M.Hüseyn. [Nəsirov:] Canım, sən nə uzunçu adamsanmış? Yaxşı, yaxşı, get işinə....
|
UZUNÇULUQ (ID - 40787)is. Uzun danışmaq xasiyyəti, söhbəti lüzumsuz yerə uzatma. Əlyarov Gülpərinin bu uzunçuluğunu bəyənmirdi. M.Hüseyn. Lakin Firəngizin bircə baxışı əyləşənlərin canını [müvəkkilin] uzunçuluğundan qurtardı. B.Bayramov. □...
|
UZUNDALĞALI (ID - 40788)sif. Dalğaları çox uzun olan. Uzundalğalı radiasiya. // Uzun dalğalarda işləyən, uzun dalğaları tutan. Uzundalğalı radiostansiya. Uzundalğalı radioaparat.
|
UZUNDANIŞAN (ID - 40789)sif. Çoxdanışan, naqqal, gəvəzə, uzunçu.
|
UZUNDƏRƏ (ID - 40790)is. mus. Azərbaycan xalq oyun havalarından birinin adı. [Mirzağa:] Mən yalnız “Uzundərə” oynaya bilərəm. S.Hüseyn. [Birisi:] Ay Güləfşan, “Uzundərə” çal, Sənəm bacı oynayacaq. B.Talıblı.
|
UZUNDRAZ (ID - 40791)sif. dan. Boyu çox uzun, arıq və yöndəmsiz, uzuncaydaq. Uzundraz zabit [Vəzirovu] xüsusi salonda gözləyirdi. M.İbrahimov. Bayram şənliklərində [Yalmcaq da] hamıdan qəşəng geyinib, özü kimi uzundraz, arıq yabısını zınqrovlar, ipək...
|
UZUNƏTƏK(Lİ) (ID - 40792)sif. Ətəyi uzun, uzun ətəkli. [Ənisə:] ..Uzunətək arxalığımla dikdaban başmağımı da geyərəm. S.Hüseyn.
|
UZUNGƏRDƏN(Lİ) (ID - 40793)sif. Gərdəni, boynu, boğazı uzun olan.
|
UZUNGÖVDƏLİ (ID - 40794)sif. Gövdəsi uzun olan.
|
UZUNKİRPİK(Lİ) (ID - 40795)sif. Kirpikləri uzun olan, uzun kirpikli. Uzunkirpikli qiz. - [Əhməd:] Qara saçları, eşqlə dolu uzunkirpikli gözləri, ərəbi burnu xoşuma gəldi. T.Ş.Simurq. İlkin mən uzunkirpikli, iri qara gözlərini çevikcə dolandırıb gəzdirən,...
|
UZUNQANAD(LI) (ID - 40796)zool. 1. sif. Qanadları uzun olan. Uzunqanadlı quşlar.
2. İs. mənasında. Uzunqanadlılar - uzunqanadlıların və milçəkquşuların daxil olduğu quşlar dəstəsinin adı. |
UZUNQILÇA(LI), UZUNQIÇ(LI) (ID - 40797)sif. Qılçaları (qıçları) uzun olan. Rəhimli qulac-qulac addımlar atan uzunqılça təhkimçinin arxasından güclə çatırdı. İ.Hüseynov.
|
UZUNQOL(LU) (ID - 40798)sif. Qolları uzun olan. [Arvadın] əynində.. uzunqol bənöyüş çit köynək vardı. Ə.Vəliyev.
|
UZUNQULAQ (ID - 40799)1. sif. Qulaqları uzun olan, uzun qulaqlı. Uzunqulaq tula.
is. evf Eşşək. [Aslanın] dünya malından bir uzunqulağı, bir də.. iki keçidən başqa heç bir şeyi yox idi. C.Cabbarlı. Camal kişi yedəyində odun yüklü at, uzunqulaq həyətə... |
UZUNQUNC (ID - 40800)sif. Quncları uzun, uzun qunclu; uzunboğaz. [Səmədin] uzunqunc çəkmələri, qara göndən tikilmiş əlbisəsi və qoltuğundakı portfel hamının diqqətini cəlb edirdi. B.Talıblı. Uzunqunc çəkməsinin ta üzünə kimi enən nimdaş paltosunda...
|
UZUNQUYRUQ(LU) (ID - 40801)sif. Quyruğu uzun olan. [Ovçunun] Al! - deməsi ilə tulanın yerindən qopması və uzunquyruq iri bir qırqovul xoruzunun qaqqıldayaraq şiddətli bir pırıltı ilə qalxması bir oldu. M.Rzaquluzadə. [Maşının] yaxınlaşdığını görən uzunquyruq...
|
UZUNLADICI (ID - 40802)sif. Uzun edən, uzunluğunu artıran. Uzunladıcı məftil.
|
UZUNLAMASINA (ID - 40803)bax uzununa. [Səmədin] üst dodağı uzunlamasına iki qat açılıb, yenə burnunun dibinə çəkildi. B.Talıblı.
|
UZUNLAŞMA (ID - 40804)“Uzunlaşmaq”dan f.is.
|
UZUNLAŞMAQ (ID - 40805)f Uzun olmaq, boyca artmaq, getdikcə uzun olmaq, boya vermək. Uşaq bir-iki ilin içində yaman uzunlaşıb.
|
UZUNLATMA (ID - 40806)“Uzunlatmaq”dan f.is.
|
UZUNLATMAQ (ID - 40807)f . Uzun etmək, uzunluğunu, boyunu artırmaq, uzunlaşdırmaq.
|
UZUNLİFLİ (ID - 40808)sif. Lifləri uzun, uzun lifləri olan. Uzunlifli pambıq.
|
UZUNLUQ (ID - 40809)is. 1. Uzun şeyin halı. Yolun uzunluğu. ilanın uzunluğu bir metrdən artıqdır. - [Həsən:] Vay! Oğlan, bu uzunluqda da isim olurmu? H.Nəzərli. Bu xəndək bir kilometr uzunluğu, qırx metr eni, otuz metr dərinliyi olan nəhəng bir dərədən...
|
UZUNLÜLƏ (ID - 40810)sif. Lüləsi uzun, uzun lüləli. Uzunlülə tüfəng.
|
UZUNMÜDDƏTLİ (ID - 40811)sif. Uzun müddəti nəzərdə tutan, uzun müddət davam edən; uzun müddətə verilmiş. Uzunmüddətli ezamiyyət. Uzunmüddətli iş. Uzunmüddətli borc.
|
UZUNÖMÜRLÜ (ID - 40812)sif. 1. Ömrü uzun, uzun ömür sürmüş, çox yaşamış. Azərbaycan uzunömürlülər (is.) diyarıdır.
2. Uzun müddət işləyə bilən, çox davamlı, çox yaşaya bilən. Mühərrikdə qoyulmuş yeni izolə korpusu daha etibarlı, rütubətə... |
UZUNÖMÜRLÜLÜK (ID - 40813)is. Uzun ömür, uzun həyat, uzun, çox yaşama; ömrün uzunluğu.
|
UZUNSAÇ(LI) (ID - 40814)sif. Saçı uzun, uzun saç qoymuş, saçlarını uzatmış. Uzunsaç oğlan. - Həsən küçəyə çıxar-çıxmaz uzunsaçlı, ..qırmızı köynək geymiş bir studentə rast gəldi. Çəmənzəminli. Balaca, uzunsaç, uzuntuman, başmağını sürütləyən...
|
UZUNSAQQAL(LI) (ID - 40815)sif. Saqqalı uzun, saqqalını uzatmış. ilyas uzunsaqqallı, dolaşıqsaçlı, ağırgövdəli bir qoca idi. Çəmənzəminli. Qapını açan uzunsaqqal, arıq bir adamdı. S.Rəhman.
|
UZUNSİFƏT(Lİ) (ID - 40816)sif. Sifəti uzunsov, sifəti uzun. Qatırçıların arasında gövdəsi yumru, uzunsifət, ağsaqqal bir kişi var idi. Mir Cəlal.
|
UZUNSOV (ID - 40817)sif. Bir qədər uzun, uzuntəhər. Uzunsov sifət. Uzunsov otaq. - Xalis palıd ağacından qayrılmış və təzəcə alınmış yazı stoluna bitişik olan uzunsov stolun üstünə yaşıl mahud salınmışdı. Ə.Vəliyev. [Rəşid:] Biz dəhlizi...
|
UZUNSOVLUQ (ID - 40818)is. Uzunsov şeyin halı.
|
UZUNSÜRƏN (ID - 40819)sif. Çox sürən, uzun müddət davam edən; uzun, sürəkli, davamlı. Uzunsürən xəstəlik. Uzunsürən müddət. Uzunsürən iclas. - Nəhayət, uzunsürən səyahətimiz bitir. M.İbrahimov.
|
Bu səhifə dəfə baxılıb