
UZUNQUYRUQ(LU)sif. Quyruğu uzun olan. [Ovçunun] Al! - deməsi ilə tulanın yerindən qopması və uzunquyruq iri bir qırqovul xoruzunun qaqqıldayaraq şiddətli bir pırıltı ilə qalxması bir oldu. M.Rzaquluzadə. [Maşının] yaxınlaşdığını görən uzunquyruq sağsağanlar çığırışıb uçur, uzaqda başqa ağaca qonurdu. H.Seyidbəyli.
Paylaşın - Hamı bilsin
|