UZUNLUQis. 1. Uzun şeyin halı. Yolun uzunluğu. ilanın uzunluğu bir metrdən artıqdır. - [Həsən:] Vay! Oğlan, bu uzunluqda da isim olurmu? H.Nəzərli. Bu xəndək bir kilometr uzunluğu, qırx metr eni, otuz metr dərinliyi olan nəhəng bir dərədən ibarətdir. Ə.Sadıq.
2. məc. Davamlılıq, sürəklilik. Söhbətin uzunluğu bizi yordu. Paylaşın - Hamı bilsin
|