UZUNBOĞAZ(LI)sif. Boğazı uzun olan, uzun boğazlı. Uzunboğaz adam. Uzunboğaz şüşə. Uzunboğaz corab. - Stolun qabağında dümdüz oturmuş uzunboğaz, arıq adam qəti dedi.. M.Hüseyn. Güllüoğlu Xalıqverdinin əynində nimdaş göy çuxa, ayağında uzunboğaz köhnə çəkmələr vardı. Ə.Vəliyev.
Paylaşın - Hamı bilsin
|