
UZUNÇULUQis. Uzun danışmaq xasiyyəti, söhbəti lüzumsuz yerə uzatma. Əlyarov Gülpərinin bu uzunçuluğunu bəyənmirdi. M.Hüseyn. Lakin Firəngizin bircə baxışı əyləşənlərin canını [müvəkkilin] uzunçuluğundan qurtardı. B.Bayramov. □ Uzunçuluq etmək - söhbəti, mətləbi lüzumundan artıq uzatmaq. [Mirzə Turab Cavada:] Yaxşı, yaxşı, yazaram, çox uzunçuluq eləmə. B.Talıblı. // Kitabda, yazıda, danışıqda, nitqdə sözlərin lüzumundan artıq olması; sözçülük. Əsərdə ritorik təsvirlər, ricətlər və uzunçuluq yoxdur. M.İbrahimov.
Paylaşın - Hamı bilsin
|