İzahlı lüğət

UDİN(LƏR) (ID - 40466)

Azərbaycanın şimalında yaşayan, iber-Qafqaz dillərinin birində danışan xalq.

UDİNCƏ (ID - 40467)

sif və zərf Udin dilində. Udincə-azərbaycanca lüğət. Udincə danışmaq.

UDQUNMA (ID - 40468)

“Udqunmaq”dan f.is.

UDQUNMAQ (ID - 40469)

f 1. Reflektiv (qeyri-ixtiyari) olaraq boğazında, bumunda əmələ gələn seliyi udmaq, boğazı sanki bir şeyi udur kimi hərəkət etmək.
2. Sözünü deyə bilməmək, deməyə söz tapmamaq, sözü boğazında qalmaq, tutulmaq. [Zərifə]...

UDLAQ (ID - 40470)

is. anat. Həzm cihazının bir hissəsi - ağız boşluğunu qida borusu ilə birləşdirən əzələ borusu. Çeynənmiş və ağız suyu ilə islanmış qida udlaq və qida borusu ilə asanlıqla mədəyə ötürülür. “Zoologiya” . Tənəffüs...

UDMA1 (ID - 40471)

“Udmaq1”dan f.is. Udma prosesi. Udma zamanı boğazda ağrı hiss etmək.

UDMA2 (ID - 40472)

“Udmaq2”dan f.is.

UDMAQ1 (ID - 40473)

f. 1. Udlaq əzələlərinin hərəkəti ilə bir şeyi ağız boşluğundan qida borusuna və mədəyə ötürmək. Həbi udmaq. Bütöv tikəni udmaq. - Dəryalar tutdu məni; Naqqalar uddu məni; Əziz, istəkli dostum; Nə tez unutdu məni? (Bayatı)....

UDMAQ2 (ID - 40474)

f 1. Oyunda, yarışda üstün gəlmək, aparmaq. Nərddə udmaq. Komanda 3:1 hesabı ilə rəqibini uddu. - [Rəsul] gördü ki, bu zalımlar udduqları pullarla kifayətlənməyib, üstəlik yatdıqları yorğan-döşək və balışları da aparmışlar....

UDMURT(LAR) (ID - 40475)

Udmurt Respublikasının əsas əhalisini təşkil edən xalq.

UDMURTCA (ID - 40476)

sif və zərf udmurt dilində. Udmurtca qəzet. Udmurtca danışmaq.

UDUCU (ID - 40477)

sif. və is. xüs. Buğu, nəmi, rütubəti və s.-ni canına çəkən, udan. Uducu cisimlər. Uducu maddələr. - Bu borular bir tərəfdən təmizləyici cihazlar, o biri tərəfdən isə uducularla rəbt olunur. M.Mövsümzadə. Kameraya karbon qazı...

UDUXMAQ (ID - 40478)

f . Sözü demək istəmək, amma deyə bilməmək; boğazında qalmaq.

UDULMA1 (ID - 40479)

“Udulmaq1”dan f.is.

UDULMA2 (ID - 40480)

“Udulmaq2”dan f.is. Udulmasından asılı olaraq həblər bir neçə vəzndə buraxılır. R.Əliyev.

UDULMAQ1 (ID - 40481)

“Udmaq1”dan məch.

UDULMAQ2 (ID - 40482)

“Udmaq2”dan məch. Lotereyada üç maşın udulmuşdur.

UDUM (ID - 40483)

is. Udarkən udlaq əzələlərinin birdəfəlik hərəkəti, udma hərəkəti. Qarı əvvəlcə uşağa xeyli su içirtdi və tapşırdı ki, son udumunu udmayıb ağzında saxlasın, elə ki püflədi, o vədə udsun. Ə.Vəliyev. □ Bir udum bir dəfəyə...

UDUŞ (ID - 40484)

is. İstiqrazda, lotereyada və s.-də udulmuş pul, şey. Uduşların ödənilməsi. Uduş cədvəli. - [Ağaverdi] böyük uduşlar barəsində düşünmürmüş. S.Hüseyn.

UDUŞLU (ID - 40485)

sif. Uduşa hüquq verən, udan, uduş düşən. Uduşlu əmanət. Uduşlu bilet.

UDUŞSUZ (ID - 40486)

sif. Uduş düşməyən, udmayan. Uduşsuz lotereya bileti.

UDUZMA (ID - 40487)

“Uduzmaq”dan f.is.

UDUZMAQ (ID - 40488)

f. 1. Oyunda, yarışda, döyüşdə, mübahisədə və s.-də məğlub olmaq, basılmaq, yenilmək. Şahmatda uduzmaq. Yarışda uduzmaq. Müharibədə uduzmaq. - [Dəstə] kəşfiyyatdan əliboş qayıdarsa, vuruşmanı düşmən mütləq uduzacaqdır....

UDUZULMA (ID - 40489)

“Uduzulmaq”dan f.is.

UDUZULMAQ (ID - 40490)

“Uduzmaq”dan məch. Oyun uduzuldu. - işlər belə gedərsə, müvəffəqiyyətin uduzulacağı şübhəsizdir. M.S.Ordubadi.
UF, UFF nida. Kədər, təəssüf, məyusluq, ağrı, yorğunluq, bezginlik, bəzən də fərəh, sevinc hisslərini ifadə...

UFACIQ (ID - 40491)

sif. Kiçicik, çox kiçik, çox xırda, çox balaca. Ufacıq işləri hünər sanma; Belə işlər keçər sühulət ilə. M.Ə.Sabir. // Zərf mənasında. Azacıq, bir az, cüzi. Sona da Bahadırın əksini ufacıq çəkdirib medalyonda döşündən...

UFAQ (ID - 40492)

UFAQLIQ (ID - 40493)

is. Kiçiklik, balacalıq, xırdalıq.

UFAQ-TUFAQ (ID - 40494)

sif. Kiçik və əhəmiyyətsiz, xırda-xırda, xırda-xuruş. Ləmədə bəzi ufaqtufaq qab-qacaq görünürdü. S.Hüseyn.

UFAL(A)TMA (ID - 40495)

“Ufal(a)tmaq”dan f.is.

UFAL(A)TMAQ (ID - 40496)

f. Xırdalatmaq, ovaraq, ya əzərək xırda etmək, xırda-xırda parçalara ayırmaq. Əlindəki kağıza bükülü ətmək parçasını ufaldaraq balıqlara atar. H.Cavid.

UFULDAMA (ID - 40497)

“Ufuldamaq”dan f.is.

UFULDAMAQ (ID - 40498)

f . Yorğunluq, üzüntü, ağrısızı duyaraq zarımaq, inləmək. Yaralananlar ufuldayıb ilan kimi qıvrılırdılar. Çəmənzəminli. [Mürsəl] ufuldayırdı, çünki yarası zoqquldayırdı. Ə.Vəliyev.

UFULTU (ID - 40499)

UĞRAMA (ID - 40500)

“Uğramaq”dan f.is.

UĞRAMAQ (ID - 40501)

f . 1. Rast gəlmək, üz-üzə gəlmək, rastlaşmaq. [Mirzə Səfər:] Qafiyə tapmaqda çətinliyə uğradıqda iki dəfə qeyzlə təpiyini yerə çırparsan, o saat qafiyə öz-özünə tapılar. Ə.Haqverdiyev. [Mansur xan:] Səhərsəhər nə...

UĞRAŞMA (ID - 40502)

“Uğraşmaq”dan f.is.

UĞRAŞMAQ (ID - 40503)

f . 1. Uzun müddət bir şeylə məşğul olmaq, çalışmaq, bir şeyə başı qarışmaq. [Naib:] Bu cəbr, həndəsə bilməm nə demək? Uğraşan beynimi incitmiş olur. H.Cavid. Əvvəllər Nəriman dərs ilə uğraşmağa çalışdı. Mir Cəlal.
Bax...

UĞRATMA (ID - 40504)

“Uğratmaq”dan f.is.

UĞRATMAQ (ID - 40505)

f . Düçar etmək, giriftar etmək, məruz etmək, uğramasına səbəb olmaq. Bəlaya uğratmaq. Məğlubiyyətə uğratmaq. Müvəffəqiyyətsizliyə uğratmaq. - [Kərəm:] Pəncərəyə çəkib pərdə; Sən uğratdın məni dərdə. “Əsli və...

UĞRUNDA (ID - 40506)

qoş. ...yolunda, ...üçün, ...xatirinə, ...naminə. Vətən uğrunda. Sülh və azadlıq uğrunda mübarizə. - Gözəldir bir uca əməl bəsləyib; Bu əməl uğrunda qan-tərə batmaq. M.Müşfiq. Bu dünyada insan oğlu beş gün qonaqdır; El...

UĞULDAMA (ID - 40507)

“Uğuldamaq”dan f.is.

UĞULDAMAQ (ID - 40508)

f . 1. Uğultu səsi çıxarmaq. Külək uğuldayır. - [Qəhrəman:] Kənarda buzlu ruzigar şikayətli bir yaralı heyvan iniltisi ilə telefon tellərinə toxunur və uğuldayırdı. H.Nəzərli. Çılğın kimi ruzigar uğuldar; Qar parçaları səmaya...

UĞULTU (ID - 40509)

UĞUNMA (ID - 40510)

“Uğunmaq”dan f.is.

UĞUNMAQ (ID - 40511)

f . Adətən gülməkdən uğunmaq, uğunub getmək şəklində: gülməkdən qəşş eləmək. Mədinənin zarafatı Vaqifin çox xoşuna gəldi, uğunub getdi. Çəmənzəminli. [Buğacın] qıdığı tutub gülməkdən uğunardı. M.Rzaquluzadə.

UĞUR (ID - 40512)

is. Bəxt, səadət, xoşbəxtlik. [Sərətan Afətə:] Uğurlar dilərəm ürəkdən sizə; Görüm çatasınız məqsədinizə! M.Rahim. Rübabə baxıb fərəhlənir, uğura doğru getdiyinə inamı artırdı. Mir Cəlal. [İsmayıl:] Uğrumuza əcəb...

UĞURLU (ID - 40513)

sif. Müvəffəqiyyətli, sonu, nəticəsi yaxşı olan, müsbət nəticələnən. Uğurlu nəticələr. Uğurlu ov. Zəhmətinin nəticəsi uğurlu oldu. Hücum uğurlu (z.) bitdi. - Kazım fəqət xəbərsizdi bu işdən; Xəbərsizdi bu uğurlu gedişdən....

UĞURSUZ (ID - 40514)

sif. 1. Bədbəxtlik gətirən, bədbəxtliyə səbəb olan; şükümsüz, məşum, bədşüküm, bədbəxt, fəlakətli. Qonaqsız ev uğursuz olar. (Ata. sözü). [Hannanın] gözəl səsi mənim qulaqlarımda bir bayquş səsindən daha uğursuz idi....

UĞURSUZLUQ (ID - 40515)

is. 1. Məşumluq, şükümsüzlük, bədbəxtlik, fəlakət, bəxti gətirməmə. Adamlar həmişə bir fəlakətə, uğursuzluğa düçar olanda kor şeytandan görərdilər. Mir Cəlal.
2. Müvəffəqiyyətsizlik, nəticəsizlik. Cəhdlərin uğursuzluğu....

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed