İzahlı lüğət

UDUZMAQ

f. 1. Oyunda, yarışda, döyüşdə, mübahisədə və s.-də məğlub olmaq, basılmaq, yenilmək. Şahmatda uduzmaq. Yarışda uduzmaq. Müharibədə uduzmaq. - [Dəstə] kəşfiyyatdan əliboş qayıdarsa, vuruşmanı düşmən mütləq uduzacaqdır. M.Hüseyn.
Qumarda pul və ya şeyini baxtalamaq, itirmək, əlindən çıxarmaq. [Həpo:] Bu gecə on beş tümənin hamısını bir yerdə uduzdum. M.F.Axundzadə. [Qayınatası Sürəyyaya:] Daha nə vaxtacan [Səməd] mənim malımı, pulumu aparıb uduzacaq? Çəmənzəminli.
məc. Üstünlüyünü, yaxşı, əlverişli imkanını, xeyrini, yaxud fürsəti əlindən qaçırmaq, itirmək, malik olduğu və ya ola biləcəyi şeydən məhrum olmaq. Amma [Koroğlu] tələssin, yoxsa uduzar. “Koroğlu” . Biz əldə edilmiş qələbəni uduzmamaq üçün tədbirlər görməliyik. M.S.Ordubadi. Rüstəm bildi ki, işi uduzub. M.İbrahimov.
□□ Ağlını uduzmaq - bax ağıl1. [Ələsgər: ] Bir də ağlını uduzma. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed