UĞRAMAQf . 1. Rast gəlmək, üz-üzə gəlmək, rastlaşmaq. [Mirzə Səfər:] Qafiyə tapmaqda çətinliyə uğradıqda iki dəfə qeyzlə təpiyini yerə çırparsan, o saat qafiyə öz-özünə tapılar. Ə.Haqverdiyev. [Mansur xan:] Səhərsəhər nə gözəl bir şikara uğramışam. C.Cabbarlı.
2. Düçar olmaq, məruz qalmaq, giriftar olmaq. Bəlaya uğramaq. Fəlakətə uğramaq. Müvəffəqiyyətsizliyə uğramaq. - Keşlə yaxınlığında qatarımız dayanmağa məcbur oldu, irəlidəki qatar qəzaya uğramışdı. S.Hüseyn. Paylaşın - Hamı bilsin
|