UDUMis. Udarkən udlaq əzələlərinin birdəfəlik hərəkəti, udma hərəkəti. Qarı əvvəlcə uşağa xeyli su içirtdi və tapşırdı ki, son udumunu udmayıb ağzında saxlasın, elə ki püflədi, o vədə udsun. Ə.Vəliyev. □ Bir udum bir dəfəyə udulacaq qədər, bir dəfə udmaq üçün kifayət edəcək qədər, bir qurtum. Dərviş handan-hana özünə gəldi, bir udum çay aldı, boğazını yaşladı, yenə danışmağa başladı. A.Divanbəyoğlu. Qəhrəman stol üstündə buğlanan çay stəkanını əlinə alıb bir udum içdi. Ə.Vəliyev.
□□ Bir udumda - dərhal, bir anda, o saat. Bir udumda konyak yoxa çıxdı. B.Bayramov. Udum-udum zərf Udumlarla, qurtumqurtum, az-az. Tofiq isti çaydan udum-udum içə-içə təəccüblə boylanıb bayıra baxdı. M.Rzaquluzadə. Paylaşın - Hamı bilsin
|