UĞURis. Bəxt, səadət, xoşbəxtlik. [Sərətan Afətə:] Uğurlar dilərəm ürəkdən sizə; Görüm çatasınız məqsədinizə! M.Rahim. Rübabə baxıb fərəhlənir, uğura doğru getdiyinə inamı artırdı. Mir Cəlal. [İsmayıl:] Uğrumuza əcəb şey çıxdı! P.Makulu. // Bir işin, arzunun və s.-nin müvəffəqiyyətli sonu, aqibəti, müsbət nəticəsi; müvəffəqiyyət, nailiyyət, qələbə. işdə uğur diləmək. Hücum uğurla nəticələndi.
□□ Uğur(lar) olsun! - bir işə iqdam edən, başlayan adama müvəffəqiyyət, qələbə, səadət, xoşbəxtlik arzusu bildirir. Yaxşı yollar, yaxşı uğurlar olsun! M.S.Ordubadi. Gedin, dostlar, uğur olsun; Pozulmasın andınız. S.Rüstəm. Uğura qənşər gələsən! - bax uğur olsun! [Qoca:] Uğura qənşər gələsən, oğul! M.Rzaquluzadə. Uğur(lar) demək uğur arzu etmək. Əqlimlə biliyim tutub qolqola; Uğurlar deyərək düşdüm bu yola. Şaiq. Qoy səsindən gülsün Vətən; Ellər baxıb uğur desin. S.Vurğun. Uğruna gəlmək bəxtinə çıxmaq, qabağına çıxmaq. [Sultan bəy:] Hanı bir elə arvad ki uğruma gələ idi, ala idim! Ü.Hacıbəyov. Paylaşın - Hamı bilsin
|