UDLAQis. anat. Həzm cihazının bir hissəsi - ağız boşluğunu qida borusu ilə birləşdirən əzələ borusu. Çeynənmiş və ağız suyu ilə islanmış qida udlaq və qida borusu ilə asanlıqla mədəyə ötürülür. “Zoologiya” . Tənəffüs zamanı hava burun boşluğundan keçərək orada tozlardan təmizlənir, isinir və nəmlənərək udlağa keçir. “Qaramal” .
□□ Udlağına dirənmək - bax boğazından yapışmaq (“boğaz1” da). Paylaşın - Hamı bilsin
|