İzahlı lüğət

UĞULDAMAQ

f . 1. Uğultu səsi çıxarmaq. Külək uğuldayır. - [Qəhrəman:] Kənarda buzlu ruzigar şikayətli bir yaralı heyvan iniltisi ilə telefon tellərinə toxunur və uğuldayırdı. H.Nəzərli. Çılğın kimi ruzigar uğuldar; Qar parçaları səmaya fırlar. A.Şaiq. // Bu cür səsin qulaqda hiss olunması haqqında. Bünyadın qulaqları uğuldayırdı. Ə.Əbülhəsən. Onun qulaqları uğuldadı, elə bil qorxunc, dəhşətli əks-səda eşidilirdi. Q.Ilkin.
2. Göyərçinlərin çıxartdığı səs haqqında quruldamaq. Məscidin damındakı göyərçinlər kəsik-kəsik uğuldayırdılar. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

U2

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed