
UDMAQ2f 1. Oyunda, yarışda üstün gəlmək, aparmaq. Nərddə udmaq. Komanda 3:1 hesabı ilə rəqibini uddu. - [Rəsul] gördü ki, bu zalımlar udduqları pullarla kifayətlənməyib, üstəlik yatdıqları yorğan-döşək və balışları da aparmışlar. “Aşıq Qərib” . [Mərcan bəy:] Mən qumar oynamamışam ki, udam ya uduzam... Ü.Hacıbəyov.
Lotereya, loto, istiqraz oynanışında uduş əldə etmək, bəxtinə çıxmaq. Üçfaizli istiqraz bileti üzrə yüz manat udmaq. Pul-şey lotereyasında xalça udmaq. - ikinci tirajda da Ağaverdi bir şey uda bilmir. S.Hüseyn. məc. Bir şeydə üstünlük qazanmaq, fayda, xeyir götürmək, xeyrinə həll olmaq. Hər halda bu məsələdə o uddu. Mübahisəni kim uddu? - Siyasət hər zaman bir oyuncaqdır; Kim usta tərpənsə, o udacaqdır. S.Vurğun. Paylaşın - Hamı bilsin
|