İzahlı lüğət

UXAY (ID - 40516)

nida. Məmnunluq, cana sinmə, xoşlanma hisslərini ifadə edir. [Təlxək əcinnə:] Uxay! Canıma yayıldı... Ə.Haqverdiyev. [Səttar:] Uxay deyib, tirtap ayaqlarımı uzatdım, amma gözümə yuxu getmədi. Ə.Əbülhəsən.

UKLAD (ID - 40517)

is. Quruluş, sistem, qayda, üsul, forma.

UKRAYNACA (ID - 40518)

sif və zərfUkxayna dilində. Ukraynaca-rusca lüğət. Ukraynaca danışmaq.

UKRAYNALI (ID - 40519)

is. Ukraynanın əsas əhalisini təşkil edən Şərqi Slavyan xalqı və bu xalqa mənsub adam.

UQOR (ID - 40520)

is. Mərkəzi və Şərqi Avropada, habelə Asiyanın şimal-qərbində yaşayan xalqlar.

UQRO-FİN (ID - 40521)

bax fin-uqor.

ULAQ (ID - 40522)

is. Yük və ya minik heyvanı. Ulaqları o tərəfdəki otluğa buraxıb gələn Yusif atasının yanında durdu. Ə.Abasov. // Eşşək. Əziziyəm, nə dəm var; Nə söhbət var, nə dəm var; Dəyirmana getməyə; Nə ulaq var, nə dən var. (Bayatı)....

ULAQÇI (ID - 40523)

is. köhn. Keçmişdə: ulaqla yük daşıyan adam. Ulaqçı çuvalları ulağın üstünə atıb, heyvanın ombasından bir dəyənək endirib həyətdən çıxdı. C.Məmmədquluzadə.

ULAMA (ID - 40524)

1. “Ulamaq”dan f.is.
2. İt, qurd və bəzi başqa heyvanların, habelə bayquşun çıxardığı sürəkli inilti səsi.
Çaqqal ulaması. Uzaqdan canavarın ulaması eşidilir. - Oradan-buradan gecəquşlarının iniltiyə bənzər ulamaları...

ULAMAQ (ID - 40525)

f 1. Ulama səsi çıxarmaq. İt ulayır. Bayquş ulayır. - Dərələrdə ulardı çaqqallar; Zənn edərdin ki, bir çocuq ağlar. Səhhət. // Ulama səsinə bənzər səs çıxarmaq; vıyıldamaq, uvuldamaq. Ancaq quduz xəzri dəqiqə-dəqiqə ara...

ULAN (ID - 40526)

is. [pol., əsli türkcədən] tar. Çar Rusiyası ordusunda və bəzi xarici ordularda yüngül süvari əsgəri, ya zabiti. Ulan polku.
Doğrudan da, nahar yeyilən kimi uzunbığlı və mahmızlı yerölçən Şmidt və kapitanispravnikin bu yaxınlarda...

ULARTI (ID - 40527)

is. Ulama səsi, ulama. Midhət.. bayquşların ulartısını eşitməməsi üçün öz zədəli maşınını .. düşmən qırıcısına elə vurdu ki, qulaqları dərhal batdı. Ə.Vəliyev.

ULAS (ID - 40528)

is. bot. Tozağacı fəsiləsindən dağlıq yerlərdə bitən ağac; vələs. Ulas meşəsi. Uzun ulas ağacı öz kökündən qopub yerə gəlmişdi. S.Rəhimov.

ULAŞMA1 (ID - 40529)

“Ulaşmaq1’dan f.is. Uzaqlardan ara-sıra canavar ulaşması eşidilir. Q.İlkin.

ULAŞMA2 (ID - 40530)

“Ulaşmaq2”dan f.is.

ULAŞMAQ1 (ID - 40531)

qarş. Ağız-ağıza verib ulamaq, hamı birdən ulamaq.

ULAŞMAQ2 (ID - 40532)

f. Yetişmək, görüşmək, qovuşmaq. Vəfa qıl bir vəfadarə; Ulaşma hər biiqrarə; Mətain atma bazarə; Xəridar olmayan yerdə. M.V.Vidadi.

ULDUZ (ID - 40533)

is. 1. Öz təbiəti etibarilə günəşə bənzəyən və gecələr göydə parıldayaraq nöqtə kimi görünən göy cismi. Göydə ulduzlar parlayır. - Uzaq üfüqdə dağlar qaralır, göydə tez-tez ulduz uçurdu. İ.Əfəndiyev. Birbirinə sığınan...

ULDUZAOXŞAR, ULDUZVARİ (ID - 40534)

sif Ulduz şəklində olan. Ulduzvari nişan.

ULDUZLU (ID - 40535)

sif. Ulduzlarla örtülü, ulduzlarla dolu, çoxlu ulduz olan. Ulduzlu göy. - Sərin və ulduzlu bir gecə idi. A.Şaiq. Ulduzlu ayaz gecə Muğanın üstünü almışdı. M.İbrahimov. // Üstündə ulduzaoxşar şəkil, ya naxışları, bəzəkləri...

ULDUZNİŞAN(LI) (ID - 40536)

sif. Üstündə ulduz şəklində nişanı olan. Ulduznişan papaq. Ulduznişan bayraq. - indi Əşrəf də ulduznişan bir təyyarədə uçur(du). Mir Cəlal.

ULDUZŞƏKİLLİ (ID - 40537)

bax ulduzaoxşar.

ULDUZU (ID - 40538)

bax ulduzaoxşar. [Ananın]
yarıçılpaq vücuduna amansız qış gecəsi başqa bir don biçir, başqa bir örtü geyindirir, şaxtanın buz barmaqları ona ulduzu naxışlardan zərif bir libas toxuyur.. Ə.Məmmədxanlı.

ULTİMATUM (ID - 40539)

[lat. ultimatum] Dövlətlərarası münasibətlərdə: bir dövlətin başqa dövlətə verdiyi qəti tələb (ultimatumun mahiyyəti ondan ibarət olur ki, o heç bir mübahisə və etiraza yol vermir və irəli sürülən tələblər müəyyən müddət...

ULTRABƏNÖVŞƏYİ (ID - 40541)

ultrabənövşəyi şüalar fiz. - gözlə görünməyən elektromaqnit şüaları. Ultrabənövşəyi şüalar gözlə görünməyən qısadalğalı şüalardır. R.Hüseynov.

ULTRAQISA (ID - 40542)

f iz. Son dərəcə qısa. Boyu bir metrdən 10 metrədək olan dalğalar ultraqısa dalğalar adlanır.

ULTRAMİKROSKOP (ID - 40543)

ULU (ID - 40544)

sif. Çox böyük, ən böyük, böyük. Ulu divanlarda çəkilir adım; Ərşə bülənd oldu dadü fəryadım. Qurbani. Yenilməz bir xalqıq, əcdadı ulu; Qoruyur sinəmiz vətən mülkünü. Ə.Cəmil.

ULULUQ (ID - 40545)

is. Böyüklük, əzəmətlilik, yüksəklik. Ululuq istərkən qulluq eylə; Ayaq birbir basarlar nərdibanə. Xətayi. [Məsmə:] Keçmişdə deyərdilər: - Nə hal ilədir; Nə mal ilədir; Fəqət ululuq; Kamal ilədir. Mir Cəlal.

ULUS (ID - 40546)

is. qəd. El, oba, yurd, kənd. Vətənimdən, ulusumdan yad oldum; Yada salmaz qohum, qardaş, el məni. “Koroğlu” .

UMAC (ID - 40547)

is. Ovulmuş undan bişirilən duru xörək və bu xörək üçün üstünə su səpilərək hazırlanan xəmir ovuntularının özü (xalq arasında adətən tərləmək üçün soyuq dəymiş adamlara verilir). [Ağa Kərim xan:] ..Haflama gürzə,...

UMACAQ (ID - 40548)

is. Umulan, gözlənilən, könüldə tutulan, istənilən, intizarı çəkilən, ürəyindən keçən şey. [Vidadi:] Sən də qurtarmasan Vaqifi dardan; Yoxdur umacağım pərvərdigardan. S.Vurğun. [Qəhrəman] bilirdi ki, atasının ondan kənar...

UMACAŞI (ID - 40549)

is. Umacdan bişirilən duru xörək; umac.

UMMAQ (ID - 40550)

f Bir şeyi könlündən keçirmək, ürəyində tutmaq, olmasını istəmək, arzu etmək, ümid etmək. Uman yerdən küsərlər. (Məsəl). Bəşər nicat umur bayrağımızdan; Səadət açarı bizdədir ancaq. S.Rüstəm. Əvəzin oğlundan böyük...

UMSUQ (ID - 40551)

sif Öz ümidində aldanmış; intizarı, gözləməsi, arzusu boşa çıxmış. □ Umsuq etmək - ümidini boşa çıxarmaq, aldatmaq, umsundurmaq. Umsuq etdin, məni qoydun avara; Dedim, yəqin bir şir, aslandı indi. “Qurbani” . Umsuq olmaq -...

UMSUNDURMA (ID - 40552)

“Umsundurmaq”dan f.is.

UMSUNDURMAQ (ID - 40553)

f . Ümidini boşa çıxarmaq, aldatmaq, umsuq etmək.

UMSUNMA (ID - 40554)

“Umsunmaq”dan f.is.

UMSUNMAQ (ID - 40555)

f . Ümidi boşa çıxmaq, aldanmaq, umsuq olmaq, gözü qalmaq, ümidində aldanmaq.

UMSUTMA (ID - 40556)

“Umsutmaq”dan f.is.

UMSUTMAQ (ID - 40557)

f . Umsuq etmək, umsuq qoymaq, ümidini boşa çıxarmaq; umsundurmaq.

UMU-KÜSÜ (ID - 40558)

is. Umma, küsmə, incimə, şikayətlənmə, giley. Töhmətdən çox umuküsüyə bənzəyən bu sözləri deyərkən [Xanların] səsi titrədi. M.Hüseyn. Küçə dinmədi; Sükut etdi; Müdrik bir insan kimi; Sanki eşitmədi; Mənim umu-küsümü....

UMULMA (ID - 40559)

“Umulmaq”dan f.is.

UMULMAQ (ID - 40560)

“Ummaq”dan məch. Söylə, gözəllərin dodaqlarından; Bu oynaq gülüşlər umulmuşmudur? M.Müşfiq. □ Umulmadığı yerdən - gözlənilmədiyi halda. Bəzən əsla umulmayan yerdən; Nə qədər bəxtiyar olur insan. H.Cavid.

UMUZ (ID - 40561)

is. Çiyin. [Zaman:] Mən tüfəngi umuzuma sıxaraq gedirdim. C.Cabbarlı. Yun şalını umuzundan alıb kreslonun söykənəcəyinə buraxdı. Ə.Əbülhəsən.

UMUZDURMA (ID - 40562)

“Umuzdurmaq”dan f.is.

UMUZDURMAQ (ID - 40563)

f . Umsuq etmək, umsutmaq.

UN (ID - 40564)

is. 1. Taxıl bitkiləri dənlərinin toz halına salınmış məhsulu. Buğda unu. Qarğıdalı unu. Un çuvalı. - Bu dəfə on pud unun çörəyi gərək yapılaydı. C.Məmmədquluzadə. Havada buğda ununun qoxusu duyulurdu. İ.Əfəndiyev.
2....

UNİFİKASİYA (ID - 40565)

[lat. unus - bir və facere etmək, yaratmaq] Ümumi bir qaydaya salma, hamısını bir şəklə, bir qaydaya salma. Orfoqrafiyanın unifıkasiyası.

UNİFORMA (ID - 40566)

[fr.] Rəsmi paltar, geyim. ..Helli, ibrahim Fövzi də öz yavərləri ilə bərabər rəsmi və hərbi uniformada idi. M.S.Ordubadi. [Gənc] rus müəllimlərinə məxsus uniforma geymişdi. P.Makulu.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed