
ULDUZLUsif. Ulduzlarla örtülü, ulduzlarla dolu, çoxlu ulduz olan. Ulduzlu göy. - Sərin və ulduzlu bir gecə idi. A.Şaiq. Ulduzlu ayaz gecə Muğanın üstünü almışdı. M.İbrahimov. // Üstündə ulduzaoxşar şəkil, ya naxışları, bəzəkləri olan. Ulduzlu dəsmal. Ulduzlu parça. // Üstündə ulduz nişanı olan. Ulduzlu təyyarə. - Ulduzlu şahinlər indi məzar qoxusu gətirən kor bayquşları ovlamaq üçün bu gecə qalxmışdılar. S.Rəhimov.
Paylaşın - Hamı bilsin
|