İzahlı lüğət

UÇMAQ2

f 1. Hər hansı bir səbəb üzündən yıxılmaq, dağılmaq; öz ağırlığının təsiri altında düşmək; yıxılmaq, uçulmaq. Dam uçdu. Qaya uçanda toz qopar. - Qışda uçmuş (f.sif.) damlar qayrılır, rəxnələnmiş hasarlar təmir olunub düzəlirdi. S.Hüseyn. // məc. Dağılmaq, yıxılmaq, yox olmaq, məhv olmaq, alt-üst olmaq, yerlə yeksan olmaq. Uçdu xalqlar məhbəsi; Ellər bərabər oldu. R.Rza.
2. Uca bir yerdən yıxılmaq, düşmək, üzüaşağı aşmaq, yuvarlanmaq. [Qurban:] Pənah Allaha, haraya çıxım, qoy dağdan, qayadan uçum, yırtıcı heyvanat məni dağıtsın. Ə.Haqverdiyev. Elə uçurum, sıldırım qayalıq yerlərdən keçirdim ki, ayağımın altından bir daş uçsa idi, birbaş dərəyə yuvarlanıb parçaparça olacaqdım. A.Şaiq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed