İzahlı lüğət

UÇUQ1

1. sif. Uçulmuş halda olan, yıxıq. Uçuq dam. Uçuq pəncərə. - Hamamın alçaq və uçuq divarları böyük günbəzlərə söykənərək yüz illərdən bəri bu hal ilə dayanırdı. Çəmənzəminli. Yolçu .. qarşısına çıxan ilk uçuq daxmalardan birisinə girdi. Ə.Məmmədxanlı.
2. is. Uçulmuş binanın və s.-nin qalıqları, uçulmuş yer; xarabalıq. Adamlar dəstə-dəstə olub əllərində kürək, bel, külüng uçuqları [zəlzələdən uçmuş evləri] qazmağa başladılar. S.S.Axundov. Bu arada olan ev nişangahları və bu uçuqlar içindən qalxan palıd ağacları çox uzaqları xatırladırdı. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

U1

UCA

UR

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed