UYUMAQf . 1. Yuxulamaq. Nəhayət, uyuyan (f.sif.) uşaq tərpənib gözlərini açdı. T.Ş.Simurq. // Məc. mənada. Rahat uyu, qəhrəman əsgər! - Uyuyur məncə məzarında sənin; Ağlayan qanlı bir əsrin dərdi. S.Rüstəm.
2. məc. Həyat əsəri göstərməmək, tam sükut içində olmaq, sükuta dalmaq, fəaliyyətsiz, hərəkətsiz halda olmaq. Qapı təkrar döyüldü, səs sükut içində uyuyan (f.sif.) dalana düşüb, əks-sədalar doğurdu. Çəmənzəminli. Yer uyuyur, göy dincəlir; Ətrafa duman çökür. H.Hüseynzadə. Paylaşın - Hamı bilsin
|